Xəbər lenti

 

Neftin nüfuzlu markaları Asiya birjalarındakı hərraclarda dünya bazarındakı tələbatın azalması ilə bağlı ucuzlaşdığı dalbadal altı sessiyadan sonra bahalaşıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, Londonun “İCE Futures” birjasında ötən gün 0,36 dollar ucuzlaşaraq 58,89 dollara müştəri tapan “Brent” markalı neftin bir bareli bu günkü hərrac zamanı 0,53 dollar bahalaşaraq 59,42 dollara satılıb. NYMEX birjasında “WTI” markalı neftin isə bir bareli ötən gün 0,45 dollar ucuzlaşaraq 53,62 dollara satıldıqdan sonra bu gün 0,73 dollar bahalaşaraq 54,35 dollara satılıb.

Bu günkü qiymət artımının treyderlər və neft anbarlarından könüllü məlumatlar toplayan Amerika Neft İnstitutunun (APİ) ötən həftə ABŞ neft ehtiyatlarının 5,9 milyon barel azalması barədəki açıqlamasından sonra meydana gəldiyi bildirilir.

ABŞ Enerji Departamentinin bu gün açıqlanacağı gözlənilən məlumatında “Bloomberg”in dindirdiyi ekspertlərin fikrincə orta hesabla 2 milyon barellik ehtiyat artımından bəhs olunacaq.

“Neftin son iki həftə ərzindəki çökməsi müqabilində APİ məlumatları hesabına bir qədər güclənməsi hələlik kövrək xarakter daşıyır, bahalaşmanın davamlı hal alması üçün ABŞ-ın Energetika Nazirliyinin hesabatında təsdiqlənməlidir”, – deyə “Vanda İnsights” analitik mərkəzinin təsisçisi Vandana Hari fikir bildirib.

Hazırda neft qiymətlərinin Səudiyyə Ərəbistanının neft infrastrukturuna sentyabrın 14-dəki məlum hücumlardan əvvəlki səviyyədən aşağıdır. Son günlərdəki ucuzlaşma trendi dünya iqtisadi artımının azalması ehtimalları ilə bağlı tələbatın azalması nəticəsində baş verib.

“Bloomberg”in söhbət etdiyi ekspertlər OPEC ölkələrinin sentyabr ayında gündəlik hasilatı 1,59 milyon barel azaldaraq 28,3 milyon barelədək endiriblər ki, bu da 2002-ci ildən bu yana rekord azalmadır.




Ana səhifəyə qayıt        Baxış: 334          Tarix: 2-10-2019, 14:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma