Xəbər lenti

 

“Aqrarkredit” QSC Azərbaycan Beynəlxalq Bankının problemli aktivlərini idarə edir ki, bu bankdan 9 600-dən çox problemli aktivlər qəbul olunub.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti, "Aqrarkredit" QSC-nin İdarə Heyətinin sədri Məmməd Musayev deyib.

Onun sözlərinə görə, bu günədək 3,2 mlrd. manatdan artıq borc ödənilib."Bununla yanaşı mövcud kreditlərdən 400 mindən yuxarısı borcları 17 min manatadək olan fiziki şəxslərə aiddir. Həmin borclularla işlər görülür və biz sözügedən borcları restrukturizasiya edərək aşağı faizlə kreditlər veririk ki, bu da insanların maliyyə vəziyyətini yaxşılaşdırmasında faydalı olur. Onlar yenidən sağlam müştəri kimi banklardan kredit ala bilər", - deyə M. Musayev qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 217          Tarix: 24-10-2019, 16:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma