Xəbər lenti

 

Sabiq maliyyə naziri: “İqtisadi ombudsmanın yaradılması özlüyündə yaxşı ideyadır”.

“Oğru ilə başqa dildə danışmaq mümkün deyil. O oğurlaya bilibsə, deməli istənilən yaramazlığı etməyə qadirdir. Bu məmurları ən yaxşı halda Saakaşvilinin bəlli metodları ilə biznesdən ayırmaq mümkün olar”.

Bu sözləri sabiq maliyyə naziri Fikrət Yusifov Azərbaycanda məmur biznesinə qarşı mübarizənin effektli aparılması üçün iqtisadi ombudsman insititutunun yaradılması təkliflərini PİA.az-a şərh edərkən qeyd edib.

Prezidentin son çıxışlarından sonra məmur biznesi aktual məsələyə çevrilib. Bəzi ekspertlər məmur biznesinə qarşı mübarizənin effektli aparılması üçün iqtisadi ombudsman insititutunun yaradılmasını təklif edirlər.

Bəs iqtisadi ombudsman insititutu Azərbaycanda biznesin azadlığını və problemlərini həll edə bilərmi? Ümumiyyətlə iqtisadi ombudsman insititutunun yaradılmasını hazırda vacib hesab etmək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı sabiq maliyyə naziri, İqtisad elmləri doktoru, professor Fikrət Yusifova müraciət edib.

Fikrət Yusifov: “Məmurların biznesi oğurluq pullarla qurulub. Onların əlindən bunu xüsusi qəddarlıqla almaq lazımdır”.

Məmurları ən yaxşı halda Saakaşvilinin bəlli metodları ilə biznesdən ayırmaq mümkün olacağını düşünən sabiq maliyyə naziri bildirib ki, bundan daha kəskin və olduqca səmərəli sayıla biləcək başqa metodlar da var:

“İqtisadi ombudsmanın yaradılması özlüyündə yaxşı ideyadır. Ancaq belə bir institutun məmurların min bir əyri əməllərlə qurduqları biznes imperiyalarına qarşı nəsə edə bilməsi inandırıcı deyil. Belə məmurların biznesi oğurluq pullarla qurulub. Onlar oğurladıqlarını asanlıqla təhvil verməzlər. Onların əlindən bunu xüsusi qəddarlıqla almaq lazımdır.

Oğru ilə başqa dildə danışmaq mümkün deyil. O oğurlaya bilibsə, deməli istənilən yaramazlığı etməyə qadirdir. Bu məmurları ən yaxşı halda Saakaşvilinin bəlli metodları ilə biznesdən ayırmaq mümkün olar. Bundan daha kəskin və olduqca səmərəli sayıla biləcək başqa metodlar da var”.




Ana səhifəyə qayıt        Baxış: 267          Tarix: 25-10-2019, 16:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma