Xəbər lenti

 

 

Qış aylarında avtomobillərin benzin sərfiyyatı artır. Bəzi avtomobillərdə bu fərq hətta 4-5 litrə qədər yüksəlir. Ustalar da sərfiyyatla bağlı müraciətlərinhəddən artıq artdığını təsdiqləyirlər. Onlar bəzi qaydalara əməl edilərsə, benzinə 20 faizə qədər qənaət etməyin mümkün olduğunu deyirlər.

Havaların soyuması ilə avtomobillərdə benzin sərfiyyatı artır. Sürücülər son günlər benzin sərfiyyatının 20-30 faizə qədər artdığını deyirlər.

Avtomobil ustası Pərviz İsmayılov bildirir ki, əksər sürücülər sərfiyyatın hesablanmasını yanlış aparır. Belə ki ,gündəlik 10 km yol gedən sürücü 10 gün sonra sərfiyyatı hesablayır. Bu isə tamamilə yanlış olmaqla yanaşı, ümumi sərfiyyatın hesablanmasında da çaşqınlıq yaradır. Ustanın sözlərinə görə, hesablama yalnız birdəfəlik sürüşlə müəyyən edilməlidir. Əgər bundan sonra fərq yaranarsa, yalnız bu halda ustaya müraciət etmək lazımdır.

Ustalar bildirir ki, benzin sərfiyyatı ilə bağlı mütləq şəkildə mövsümi olaraq benzin sistemi yoxlanılmalıdır. \\Xəzər xəbər

 

 




Ana səhifəyə qayıt        Baxış: 383          Tarix: 27-12-2019, 23:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma