Xəbər lenti

 

"Mənzillərin kirayə haqları  aşağı salınmalı, iki otaqlı mənzilin kirayə haqqı orta hesabla 321 manat  ətrafında olmalıdır".

Bunu iqtisadçı Qubad İbadoğlu kirayə evlərin ilkin qiymətləri ilə bağlı danışarkən bildirib.

Ekspert qeyd edib ki, kirayə evlər konsepsiyası sosial rifah dövlətlərinin təcrübəsində özünü doğruldub:
"Onun Azərbaycana gətirilməsi təqdir olunsa da, tətbiqi ilə əlaqədar  hazırlanan mexanizmlər gerçək tələblərlə uzlaşmır və işlək deyil. Bu konsepsiyanın əsas hədəfi gənclərə qapı açmaq, onları mənzil probleminin həllinə yardım etməkdir. Belə olan halda təklif olunan mexanizm yalnız elitar əmək haqqı alanların mənzillərə çıxışını təmin etməyə yönəlib".

İqtisadçının sözlərunə görə, kirayə haqqı ölkə üzrə orta aylıq əmək haqqı, yaşayış  minimumunun dəyəri və ev təsərrüfatlarının ölçüsü  əsasında müəyyənləşdirilməlidir:
"Hazırkı hesablamalarla  2 otaqlı mənzilin kirayəsi üzrə orta aylıq ödənişlər  321 manat (723 - (2x 201)) ətrafında olmalıdır. Odur ki, təklif edirəm ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu kirayə evlərin qiymətlərinə yenidən baxsın, onun aşağı salınması ilə əlçatanlığının yüksəldilməsinə nail olsun". \\Modern.az




Ana səhifəyə qayıt        Baxış: 503          Tarix: 21-01-2020, 21:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma