Xəbər lenti

ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı iyunun 3-dən iyunun 9-dək 11 ədəd və ya 1,2% artaraq 927-yə çatıb.

"Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 8 ədəd və yaxud 1,09% artaraq 741 ədəd, qaz quyularının sayı 3 ədəd və yaxud 1,65% azalaraq 185 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 1-ə bərabər olub. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 413 və yaxud 125,9%, qaz quyularının sayı isə 100 ədəd və ya 117,6%, ümumilikdə isə neft-qaz quyularının sayı 513 ədəd və yaxud 123,9% artıb.

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən il mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 2,34 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 53,9% aşağıdır.

"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neftin qiymətinin 45-55 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir: "Neftin qiymətinin 45 dollar/barelə qədər yaxınlaşması ABŞ-da aktiv neft quyularının sayında artımı səngidə bilər. Bu isə öz növbəsində hasilatın sabitləşməsinə gətirib çıxaracaq".

 




Ana səhifəyə qayıt        Baxış: 840          Tarix: 12-06-2017, 11:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma