Xəbər lenti


“Nisbətən yaxın vaxtlarda ehtiyatlarının həcmi minimum 300 milyard kubmetr qaza bərabər olan yeni “Abşeron” qaz-kondensat yatağı açılıb. Bu yataqda hasilatın gələn il başlanması gözlənilir”.
"Report" xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" (“Milli müdafiə”) jurnalının may buraxılışında dərc olunan müsahibəsində yer alıb.
Prezident bildirib ki, bu ilin mart ayında “Qarabağ” iri neft yatağı kəşf edilib: “Daha bir neçə perspektivli neft-qaz strukturu kəşfiyyat və işlənilmə mərhələsindədir. Beləliklə, bütün bunlar neft hasilatının sabit profilini və təbii qaz hasilatının artan həcmini təmin edəcək”.
Ölkə başçısı vurğulayıb ki, biz lap əvvəldən OPEC+ formatında fəal iştirak etmişik: “Qeyd etmək istəyirəm ki, OPEC+ formatı ideyasını ilk dəfə mən bir neçə il bundan əvvəl Davos Dünya İqtisadi Forumunun panel müzakirələrində irəli sürmüşəm. Azərbaycan bu yaxınlarda da 9-cu və 10-cu OPEC+ görüşlərində fəal iştirak edib. Bu görüşlərin digər iştirakçıları kimi, Azərbaycan da neft hasilatının azaldılması üzrə öhdəlik götürüb, özünü etibarlı və sabit tərəfdaş kimi göstərib. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlərimizin bütün başqa sahələrində olduğu kimi, enerji sahəsində də çoxillik uğurlu əməkdaşlıq təcrübəsinə malikdir və mən əminəm ki, bu əlaqələr gələcəkdə də fəal inkişaf edəcək”.



Ana səhifəyə qayıt        Baxış: 2 497          Tarix: 10-05-2020, 12:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma