Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
SOCAR "OPEC+" razılaşması çərçivəsində rentabelli olmayan yataqları dayandırıb, lakin neft hasilatının böyük bir hissəsi aprel ayında Azərbaycan neftinin bir bareli 20 ABŞ dollar və hətta daha aşağı olması fonunda gəlirlidir.
"APA-Economics"in məlumatına görə, bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov RİA “Novosti”yə verdiyi müsahibəsində deyib.
"Neft hasilatı sahəsində "OPEC+" təşəbbüsü çərçivəsində razılaşdırılmış və Azərbaycan hökuməti tərəfindən təsdiqlənmiş kvotalara riayət etməyi planlaşdırırıq. Bu, nəinki bazarı sabitləşdirməyə, həm də bu şərtlər altında rentabelli olmayan yataqların istismarını dayandırmaqla əməliyyatlarımızın səmərəliliyini artırmağa kömək edəcək.
Eyni zamanda, neft qiymətləri aprel ayının səviyyəsinə və ya daha aşağı düşsə belə, neft hasilatı rentabelliyini saxlayacaq", - deyə İ. Əhmədov bildirib.
Onun sözlərinə görə, aprel ayında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 20,48 dollar, iyun-iyul aylarında isə orta hesabla 42-44 dollara satılıb.
Qeyd edək ki, yeni "OPEC+" razılaşması çərçivəsində üzv ölkələr may ayından etibarən üç ay ərzində gündəlik neft hasilatını 9,7 mln. barel azaldıb.
Avqust ayından etibarən hasilatın azaldılması davam edib, lakin daha az həcmdə – ilin sonuna qədər olan dövrdə üzv ölkələr gündəlik hasilatı 7,7 mln. barel, 2022-ci ilin aprelin sonunadək isə 5,8 mln. azaldacaq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar