Xəbər lenti
Bu gün, 22:50
Bu gün, 21:23
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
“Əgər biz son iki-üç günün neft qiymətlərinə baxsaq, görəcəyik ki, neftin qiymətində böyük bir dəyişiklik yoxdur. Hətta dünən neftin bir barelinin qiyməti 41 ABŞ dollarından da aşağı düşüb. Sonradan neftin qiyməti bir qədər itirilmiş mövqelərini bərpa etdi. Ancaq ötən həftənin əvvəli neftin bir barelinin qiyməti 42 ABŞ dolları səviyyəsində idi".
Bunu Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji sahəsi üzrə ekspert İlham Şaban “Report”a son günlər Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması nəticəsində Azərbaycanın dünyaya ixrac etdiyi neftin qiymətinə təsir edə biləcəyi ilə bağlı verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, əgər neft hasil edən ölkənin, tranzit ölkələrində neftin daşınan hissələrində münaqişə yaranırsa, bunu treyderlər bazara çıxarılan neftə bir neqativ təsir kimi qiymətləndirirlər: “Bunun da nəticəsində "qara qızılın" qiyməti neftin gələcək tədarükçülərə çatdırılmasında hər hansı bir boş dayanma, yaxud da azalma neqativ proqnoz kimi qəbul edirlər ki, bu da neftin qiymətinin artmasına səbəb olur. Bu baxımdan deyirlər ki, neft stabilliyi sevir. Bunun üçün də hasilatçı böyük ölkələrdə kiçik münaqişə belə neftin qiymətlərinə təsir gücünə malikdir”.
İlham Şaban
İ.Şaban deyir ki, ancaq hazırkı şəraitdə Dağlıq Qarabağ ətrafında, hətta ərazisindən üç neft-qaz ixrac boru kəmərinin keçdiyi Goranboy rayonunun ataşə tutulmasına baxmayaraq, bu, qlobal bazarda neftin qiymətlərində hər hansı bir qiymət artımı baxımından dəyişikliyə səbəb olmayıb: “Əvəzində neftin qiymətlərində ucuzlaşma müşahidə etdik. Bu ucuzlaşma isə bir neçə faktorun təsiri ilə əlaqədardır. Buna təsir edən ən böyük faktorlardan biri koronavirusun ikinci dalğası ilə bağlı xəbərlərin yayılmasıdır. Avropanın ən böyük istehlakçı ölkələri bir-birinin ardınca yenidən qadağaları tətbiq edir və gücləndirir. Hətta bu, iş adamları ilə hökumətlər arasında qarşıdurmaya səbəb olur. Bu baxımdan avqust ayında 45-46 ABŞ dollarına qalxmış neftin qiyməti hazırda biz 41 ABŞ dollarının altındakı bir qiyməti müşahidə edirik”.
Ekspert deyir ki, koronavirus yenidən qiymətin artımında əngəlləyici faktor kimi çıxış edir: “İkinci faktor isə ABŞ dollarının digər valyutalara nisbətdə bahalaşması və ucuzlaşmasıdır. Belə ki, neftin qiymətinin artması ABŞ dollarının ucuzlaşması fonunda baş verir. Yaxud da əksinə”.
İ.Şabanın fikrincə, neftin ucuzlaşmasına başqa bir amil də təsir edir: “Liviya bazara çox kəskin təsir edə bilir. Ötən həftə Liviya 100 min barel neft hasil edib. Bu həftə ölkə neft hasilatını 250-260 min barel artırıb. Bazara əlavə neft həcmlərinin çıxarılması neftin qiymətinin ucuzlaşmasına gətirib çıxarır. Bu gün Azərbaycanın gündəlik olaraq 600 min bareldən az neft və kondensatı bazara çıxarmaq imkanı var. Bu gün dünyada ümumilikdə 90 milyon barel gündəlik hasilat varsa, onun 500 min bareli Azərbaycanın payına düşür. Bu, çox aşağı göstəricidir və bunun bazara təsir edə biləcək gücü həddən artıq aşağıdır. Bu münaqişənin alovlanması nəticəsində onun qarşısını alan Liviya kimi illər boyu münaqişə gedən ölkədə bazarda stabilliyin yaranması və bazara əlavə həcmlərin çıxarılmasıdır”.
Xatırladaq ki, bu ilin avqust ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 669,1 min barel olub. Bunun 584,6 min barelini xam neft, 84,5 min barelini isə kondensat təşkil edib. Xam neftin 460,4 min bareli “Azəri-Çıraq-Günəşli”, 124,2 min bareli isə SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə hasil edilib.
“OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 milyon barel ixtisarı prosesi çərçivəsində Azərbaycan avqustda sutkada xam neft hasilatını 133,4 min barel azaldıb.
“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barel azaltmaqla 587 min barel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min bareldən azaldılaraq 461 min bareldə, SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min bareldən ixtisar edilərək 126 min barel həcmində saxlanılmalıdır.
Xatırladaq ki, 12 aprel tarixli “OPEC plus” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust- 31 dekabr tarixlərini əhatə edir.
Ötən gün SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “Report”a açıqlamasında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində vəziyyətin kəskinləşməsi fonunda Azərbaycandan neft və qaz hasilatı və ixracı əməliyyatları adi rejimdə davam edir.
Onun sözlərinə görə, hazırda infrastrukturumuzun təhlükəsizliyi məhz Azərbaycan Ordusu sayəsində təmin edilir.
O qeyd edib ki, neft və qaz kəmərləri Ermənistan tərəfindən daimi olaraq təhlükə altındadırlar: “Məlumdur ki, Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) inşasında irəliləyiş səviyyəsi 98% olduğu bir vaxtda Cənubi Qaz Dəhlizi layihəsinin başa çatmasına bir neçə ay qalmış Ermənistan silahlı qüvvələrinin hücumlarının daha mütəmadi baş verməsi təsadüfi deyil. Bu gün Xəzər hövzəsindən hasil edilən təbii qazın ilk dəfə Cənub Qaz Dəhlizi ilə Avropaya göndəriləcəyi tarixi bir anın astanasındayıq ki, bu, Avropa və Türkiyəyə qaz idxal mənbələrini şaxələndirməyə kömək edəcək. Bu, qeyd etdiyimiz bölgələrdə iqtisadi inkişafa, sülhə və sabitliyə mühüm töhfə olacaq”.
O əlavə edib ki, son aylar Ermənistan tərəfindən Azərbaycana daha tez-tez baş verən hücumlar göstərib ki, Azərbaycan ərazisinin bir hissəsinin işğal altında olması da Avropanın enerji təhlükəsizliyi üçün daimi təhlükə mənbəyidir: “İcrası mütləq olan beynəlxalq hüquq normalarının reallaşdırılması, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması, bu təhlükənin aradan qaldırılması Avropa və dünyanın regiona təhlükəsiz enerji təchizatının təmin olunmasında yeganə effektiv vasitədir”.
Qeyd edək ki, sentyabrın 27-də erməni silahlı qüvvələri Füzuli, Cəbrayıl, Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriyadan atəşə tutub. Erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın hərbi hissələrinin ön xətti də atəşə tutulub. Eyni vaxtda Ağdam, Füzuli, Cəbrayıl istiqamətindən düşmənin silahlı qüvvələrinin cəmləşməsi müşahidə olunub və onların hücuma hazırlaşdığı müşahidə edilib. Əməliyyat şəraitini nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirib. Əks-hücum əməliyyatı nəticəsində Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdurrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndləri işğaldan azad edilib. Azərbaycan Ordusu digər istiqamətlərdə də uğurlu əks-hücum əməliyyatı həyata keçirir və düşmən böyük itkilər verərək geri çəkilir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar