Xəbər lenti
Bu gün, 21:23
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
ABŞ-da neft ehtiyatlarının qəfildən artması barədə xəbərlərdən sonra bu gün keçirilən hərraclarda neft bir qədər bahalaşıb.
“Report” xəbər verir ki, Londonun “İCE Futures” birjasında “Brent” markalı neft dünən 1,6 faiz ucuzlaşdırdan sonra bu gün Bakı vaxtı ilə saat 9.05-dək 0,21 faiz bahalaşaraq 42,08 ABŞ dollarından satılıb. Həmçinin Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən elektron hərracda WTI markalı neft dünən 1,8 faiz ucuzlaşandan sonra bu gün səhər 0,05 faiz bahalaşaraq 39,95 dollardan satılıb.
“Market Watch” xəbər verir ki, hazırda bazar iştirakçılarının diqqəti daha çox Meksika körfəzində tüğyan edərək hasilat platformlarının 80 faizinin dayandırılmasına səbəb olan, sabah Luisiana ştatının sahillərinə çatması gözlənilən Delta qasırğasına yönəlib. “OANDA Corp.” baş eksperti Ed Moya bunun neftin qiymətlərinə təsir etdiyini bildirib: “Fikrimcə, bazardakı artım potensialı hazırda məhdud olsa da, hasilatın bərpası bir həftədən çox uzansa, qiymətlər daha çox arta bilər”.
Qeyd edək ki, ötən axşam hökumətin açıqladığı məlumatlar ölkədə xam neft ehtiyatlarının son 7 gün ərzində 500 min barel artdığını göstərib ki, bu da son dörd həftə ərzində ilk artımdır. O cümlədən NYMEX-də satılan neftin saxlanıldığı Kuşinq anbarlarındakı ehtiyatlar 400 min barel artıb.
Bununla yanaşı, benzin ehtiyatları 1,4 milyon barel, distilat ehtiyatları da 1 milyon barel azalıb. Halbuki ekspertlər neft ehtiyatlarının 2 milyon barel, benzin ehtiyatlarının 800 min barel, distilat ehtiyatlarının da 2,9 milyon barel azalmasını gözləyirdilər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar