
Xəbər lenti
Bu gün, 00:21
Dünən, 21:36
Dünən, 18:23
Dünən, 16:55
Dünən, 15:30
Dünən, 11:25
Dünən, 09:29
19-09-2025, 23:37
19-09-2025, 22:00
19-09-2025, 20:34
19-09-2025, 19:44
19-09-2025, 18:59
19-09-2025, 17:04
19-09-2025, 15:30
19-09-2025, 14:56
19-09-2025, 13:19

“Ermənistanın və Dağlıq Qarabağın Azərbaycan və Türkiyəyə inteqrasiyası sahəsində iqtisadi imkanlardan maksimum bəhrələnməliyik”
“Rusiya qazının Azərbaycan ərazisindən Ermənistana müvəqqəti nəqli SOCAR-la “Qazprom eksport” arasında qısa müddətli, təxminən 3 həftəlik müqavilə imzalanmasına fərqli münaisbətlər sərgilənir”. Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, ABŞ-ın Rutgers Universitetinin professoru Qubad İbadoğlu deyib.
ADR Hərəkatının sədri hesab edir ki, Ermənistanın və Dağlıq Qarabağın Azərbaycan və Türkiyəyə inteqrasiyası sahəsində iqtisadi imkanlardan maksimum bəhrələnməliyik: “Bu mövcud problemin həlli yollarından biri və vacibidir, onların bizdən asılı vəziyyətə düşməsini qisqanclıqla qarşılamaq lazım deyil.
Nəzərə alaq ki, Ermənistana ötürülən qaz Rusiya qazıdır və Rusiya qazı martın 17-dən başlayaraq müvafiq tranzit ödənişi ilə Azərbaycan ərazisindən Gürcüstan ərazisinə və oradan Ermənistana çatdırılacaq. Burda başlıca məsələ şəffaflığın və hesabatlığın təminatıdır. Çox yaxşı olardı ki, SOCAR-la “Qazprom eksport” arasında müqavilə açıqlansın və ordakı şərtlərlə hər kəsin tanış olmaq imkanı təmin edilsin”.
Vazeh BƏHRAMOĞLU, Hurriyyet.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar