Xəbər lenti


"Şimal axını-2" qaz kəmərinin tikintisi layihəsi bu il tamamlanacaq.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın "Qazprom" şirkətinin İdarə Heyətinin sədri Viktor Zubkov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər davam etdirilir və layihənin bitməsinə lap az qalıb. Layihə çərçivəsində işlərin 90-92%-i tamamlanıb.

Xatırladaq ki, "Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur.



Ana səhifəyə qayıt        Baxış: 2 833          Tarix: 26-03-2021, 15:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma