Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
HABERTÜRK, Türkiyə 30.03.2021 Müəllif: Güntay Şimşek Ölkə olaraq, ötən il Qara dənizdə 405 milyard kubmetr ehtiyata malik yataq kəşf etdiyimiz üçün sevinmişik. Azərbaycan da mövcud enerji ehtiyatlarını artırmaq üçün apardığı tədqiqat işlərində bu il böyük uğura imza atıb. Xəzər dənizindəki “Şəfəq-Asiman” yatağında təxminən 3 trilyon kubmetr təbii qaz varmış... Bu, həm Azərbaycan, həm də Türkiyə üçün gözəl xəbərdir. Çünki Xəzərin təbii qazı TANAP boru kəməri ilə Anadoludan keçirək, Transadriatik qaz kəməri (TAM) vasitəsilə Avropaya çatır. Bununla Avropanın enerji mənbələri şaxələnir. Xəzər təbii qazı ilk dəfə bu ilin əvvəlində Yunanıstan və Albaniyadan keçməklə, İtaliyaya çatıb. O, həcmi ilə rəqabət apara bilməsə də, bir tarazlayıcı rola malikdir. Beləliklə, Şərqi Aralıq dənizindən Avropaya mürəkkəb yollarla bahalı təbii qaz nəql etmək istəyən Yunanıstan, Kipr, İsrail və Misiri təəccübləndirəcək hadisə baş verib. İndi TAP daha çox Azərbaycan təbii qazının Avropaya çatmasını təmin edəcək. Xəzərdə yeni kəşf olunmuş təbii qaz ehtiyatı bölgəmiz üçün kəmiyyət baxımından əhəmiyyətlidir. Hazırda Türkiyənin sabit şəkildə təbii qaz idxal etdiyi iki ölkə var: Azərbaycan və Rusiya. İran isə Xəzərdəki son kəşfdən sonra “problemli istehsalçı” imicini daha ciddi şəkildə dəyişdirməyə məcbur olacaq. Bundan başqa, yeni yatağın kəşfi ilə Azərbaycandan Anadoluya daha çox “mavi yanacaq” nəql olunacaq və demək, o, Rusiya qazı ilə daha ciddi rəqabət apara biləcək. Türkiyənin Qara dənizdə kəşf etdiyi təbii qaz ehtiyatını, həmçinin mayeləşdirilmiş təbii qaz tədarükünü nəzərə alsaq, artıq xeyli fərqli resurslara malik olacağıq. Demək, qiymət baxımından yeni imkanlar, rəqabət və ixracda yeni üstünlüklər əldə edə biləcəyik. Ölkə olaraq, bu gün Rusiya, Azərbaycan və İrandan boru xətləri ilə təbii, həmçinin müxtəlif ölkələrdən, xüsusilə Əlcəzair və Nigeriyadan gəmilər ilə maye qaz alırıq. Lakin son illərdə müxtəlif səbəblərdən məhz Azərbaycan Türkiyəni təbii qazla təmin edən ölkələr arasında ön plana çıxıb. Amma bir daha təkrar edirəm ki, ən böyük tədarük imkanına malik ölkə hələ də Rusiyadır. Şübhəsiz ki, mayeləşdirilmiş təbii qaz borusu ilə rəqabət apara biləcək maye qaz infrastrukturu yaratmış Türkiyənin bu işdə çox əhəmiyyətli bir rol oynadığını da qeyd etmək lazımdır. Bütün bunlarla yanaşı, Azərbaycanın “Şahdəniz” yatağından geri qalmayan “Şəfəq- Asiman” yatağında bu həcmdə qaz kəşf etməsi enerji bazarları üçün çox əhəmiyyətli hadisədir. Türkiyənin gündəmi çox məşğul olmasaydı, indi hər kəs bunu müzakirə edəcəkdi (maraqlananlar üçün deyək ki, Azərbaycanda “Asiman” Türkiyədə “Asuman” kimi ifadə edilən söz göy, səma anlamı verir). SOCAR ilə BP-nin müştərək fəaliyyəti nəticəsində Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən “Şəfəq-“Asiman” yatağında, 7189 metr dərinlikdə təbii qaz kondensatı kəşf edilib. Xəzərin 632 metr dərinliyində qazma işlərini isə SOCAR-ın törəmi şirkəti olan “Caspian Drilling Company” həyata keçirib. Başqa sözlə, Azərbaycan təbii qaz ehtiyatlarını öz imkanları ilə kəşf edib. 2020-ci ildə başlanan işlərdə qazma qurğusuna mərhum Heydər Əliyevin adı verilib. Bu, Qarabağın işğalının sona çatmasından sonra Azərbaycan üçün ikinci xoş xəbərdir. Azərbaycan prezidenti İlham Əliyev də bu gözəl xəbəri BP ilə SOCAR arasında əməkdaşlağı vurğulayaraq dilə gətirib: “Biz ənənəvi tərəfdaşımız olan BP ilə bir neçə yeni layihə üzərində çalışırıq. Bunlardan biri də “Şəfəq-Asiman” perspektiv qaz strukturudur ki, burada artıq ilk quyunun qazılması müsbət nəticə ilə başa çatıb. Xəzərin Azərbaycan sektorunda, dənizin dərin hissəsində yeni yataqda ilk qaz-kondensat təzahürü bizim təsdiq edilmiş karbohidrogen ehtiyatlarımızın artmasına və nəticə etibarı ilə ölkəmizin və bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə dəyərli töfhə verəcək. Ölkəmizin təsdiq edilmiş təbii qaz ehtiyatları “Cənub Qaz Dəhlizi” və onun son həlqəsi olan TAP boru kəməri üçün də əlavə resurs mənbəyi ola bilər”. “Şəfəq-Asiman” yatağı Bakıdan 125 km cənub-şərqdə 1100 kv km ərazini əhatə edir. Bu bölgədə dənizin dərinliyi 650-800 metrdir. Ancaq “Şəfəq-Asiman” yatağında aparılan işlər heç də yeni deyil. Yataq hələ 1961-ci ildə aparılmış seysmik tədqiqatlar nəticəsində kəşf edilib. Başqa sözlə, əvvəldən bilinən yataqda qazma işləri aparılıb və böyük ehtiyat tapılıb. SOCAR ilə BP bu yataqda kəşfiyyat, işləmə və hasilatın bölüşdürülməsinə dair müqaviləni 2010-cu ildə imzalayıblar. Yəni indiki nəticələri əldə etmək üçün hazırlıqlar çoxdan başladılmışdı. Hazırlıqların necə həyata keçirildiyinə gəldikdə… TANAP təbii qaz kəməri layihəsi elam edilən zaman bəzi ölkələrin enerji bürokratları borunun otürücülük qabiliyyətinə diqqət yetirərək, “Azərbaycan bu borunu dolduracaq qazı haradan alacaq?” tipli şübhələr səsləndirirdilər. Şəxsən mənə də belə suallar ünvanlanırdı. Bildirilirdi ki, TANAP ilkin dövrdə ildə 16 milyard kubmetr qaz nəql edə biləcək. Sonradan bu rəqəm 24, daha sonra isə 31 milyard kubmetrə çatdırılacaq. Prosesin gedişində diqqət Azərbaycan-Türkmənistan razılaşmasına, yəni türkmən qaznın da bu boru ilə nəql edilməsi ehtimalına yönəlmişdi. Bəli, sonda tərəflər Xəzərdəki mübahisəli yataqlarla bağlı razılığa gəlib. Demək, Türkmənistan qazı da Anadoludan keçməklə Avropaya çatdırıla bilər. İndi isə məlum olur ki, əsas hədəf heç bu da deyilmiş. Əsas hədəf “Şəfəq-Asiman” yatağı imiş... İndi Türkmənistan qazı da TANAP və TAP-a yönəldiləcəksə, enerji bazarı ciddi şəkildə canlanacaq. Onun təsiri Şərqi Aralıq dənizində belə, rahatlıqla hiss olunacaq. Zamanla “Şəfəq-Asiman” yatağında kəşf edilmiş təbii qazın hansı müsbət proseslərə yol açacağını görəcəyik. (Türk dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar