Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
ABŞ prezidenti Cozef Bayden administrasiyası Rusiyanın qiymətli kağızlarına qarşı sanksiyaların sərtləşdirilməsi imkanını nəzərdən keçirir.
Ovqat.com xəbər verir ki, məlumatı “Bloomberg” agentliyi yayıb.
Agentliyin qaynaqları bildirir ki, Ağ Evdə cümə axşamı günü tətbiq olunan antirusiya məhdudiyyətlərinin nəticələri araşdırılır. Əgər Moskva "haker hücumlarını və ABŞ-ın siyasi prosesinə müdaxilə cəhdlərini dayandırmasa", yeni tədbirlər tətbiq oluna bilər.
Mümkün variantlardan biri kimi Amerika şirkətlərinə Rusiya dövlət bankları tərəfindən buraxılmış rubl istiqrazlarını yalnız ilk əldən deyil, həm də təkrar bazardan almağın qadağan edilməsi nəzərdə tutulur.
Bəs, ABŞ bu sanksiyalarla nəyə nail olmaq istəyir?
ABŞ-ın Tennessi ştatının Universitetinin professoru Valday klubunun üzvü Andrey Korobkovun fikrincə, sanksiyalar, analitiklərin gözlədikləri kimi, nə çox sərt, nə də yumşaq olub. "Bir tərəfdən, Rusiyanın SHİFT sistemindən ayrılması baş vermədi. Digər tərəfdən, Rusiyanın suveren borcuna qarşı qoyulan qadağalar yalnız ilkin yerləşməyə aid olub. Bayden, hər halda suveren borca ilk zərbə endirmək qərarına gəldi, lakin bu zərbə dövlət borcunun ikinci dərəcəli alışına toxunmadı", – Korobkov bildirib.
Fəqət Korobkovun nikbinliyinin əksinə, “Bloomberg”-ə inansaq, bu sanksiyalar yalnız ilk ələ şamil olunmaya bilər. Təkrar alış bazarına da sanksiyaların tətbiqi də nəzərdən keçirilir və Rusiya öz siyasətindən geri çəkilməsə, sanksiyalar istisnasız olara rus qiymətli kağızlarına qoyula bilər. SHİFT sisteminə gəlincə, Rusiyanın bu sistemdən çıxarılması da artıq Avropa və ABŞ mütəxəssisləri tərəfindən gündəmə gətirilir.
Ağ Evin sanksiyalarda güddüyü məqsədlərə gəlincə, Korobkovun fikrincə, bunun 3 təməl hədəfləri var: "Birincisi, bu, Amerika şirkətlərinə kömək etmək üçün nəzərdə tutulmuş sırf proteksionist jestdir”.
Qeyd edək ki, latınca himayə (protection) mənasına gələn proteksionizm dövlətin daxili bazarı xaricdən əmtəələrin daxil olmasından məqsədli şəkildə müdafiə etməsi siyasətidir. Bu cür siyasətlər öz qarşısına milli iqtisadiyyatın inkişafının həvəsləndirilməsi və onun ölkəyə xaricdən gətirilən əmtəələrə yüksək rüsumların qoyulması, yaxud əmtəə idxalının tamamilə qadağan edilməsi vasitəsilə xarici rəqabətdən qorunması məqsədini qoyur.
Korobkovun iddiasına görə, bu qərardan sonra bir neçə Rusiya şirkəti ABŞ bazarlarından çəkiləcək və artıq fond birjalarında öz səhmlərini yerləşdirilməyi planlaşdırırlar.
“İkincisi, bu, bütövlükdə Rusiya iqtisadiyyatına zərbədir. Ağ Evdə ümid edirlər ki, bu ikinci zərbəni hətta Rusiya əhalisi də hiss edəcək.
Üçüncüsü, bu, Rusiyanın siyasi-iqtisadi elitasına, yəni əsas hədəfə – Prezidentin ətrafına vurulan zərbədir. Vaşinqtonun fikrinə görə, bu sanksiyaların nəticədə elitanın daxilində antaqonist müxalifət yaranacaq", – deyə Korobkov fikrini yekunlaşdırıb.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar