Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
Bacuri Notícias, Braziliya 22.04.2021 Müəllif: Klaudia Qodoy Dünyanın əsas enerji mənbəyi olan neft sivilizasiyası demək olar ki, Azərbaycanda “doğulub”. İlk neft borusu, ilk neft tankeri, dənizdə ilk neft buruğu, bir sözlə, neftin bir sənaye növü kimi kəşfi Azərbaycanda baş verib. Bunun tarixi 19-cu əsrin əvvəllərinə gedib çıxır. Bəli, bu bölgədə zəngin neft-qaz yataqlarının mövcudluğu o zamandan ortaya çıxmağa başlayıb. Nəticədə ilk dəfə neftin mexaniki üsulla hasilatı da Azərbaycanda öyrənilib. Bu hadisə qədim dinlərdən olan Zərdüştiliyə sitayiş olunduğu, əbədi odlar diyarı olan Azərbaycanda əsl inqilab idi... Dünyaca məşhur mükafatın yaradıcısı olan Nobel ailəsi də Azərbaycan yaşayıb və ailə məhz təbii enerji hasilatı hesabına varlanıb. Azərbaycan o vaxtdan dünyanın ən iri karbohidrogen hasilatçılarından biridir. “İlk Nobel mükafatlarının məhz Azərbaycan nefti hesabına maliyyələşdiyini dünyada çox az adam bilir. Biz bu sahədəki zəngin biliklərimizlə bu üzdən fəxr edirik”,- deyə Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov bildirib. Asiyadan Avropaya uzanan Qafqazda yerləşən Azərbaycan Rusiya ilə İran arasında yerləşir. İkinci Dünya müharibəsi zamanı Adolf Hitlerin qoşunlarının məğlub edilməsində Bakı mühüm rol oynayıb. Bu gün ölkə Avropaya neft və qaz satır. Burada köhnə neft qurğuları hələ də fəaliyyətdədir. Lakin əsas enerji hasilatı Xəzər dənizindəki buruqlar vasitəsilə əldə olunur. Amma bu gün Azərbaycan neft və qazı ilə yanaşı, kənd təsərrüfatı ilə də öyünə bilər. Xəzər dənizinin suları ilə yuyulan ölkə mülayim iqlimə malikdir. Burada müxtəlif meyvə-tərəvəz, həmçinin çay becərilir. “Azərbaycan kənd təsərrüfatı ilə də tanınır. Ölkəmiz bənzərsiz coğrafi mövqedə yerləşir. Mülayim iqlim Azərbaycanda müxtəlif məhsulların becərilməsinə imkan verir”, - deyə Poluxov qeyd edib. Azərbaycanın tarixi 2000 ildən çoxdur. Müxtəlif dövrlərdə burada ərəblər, türklər, farslar və monqollar hökmranlıq edib. (Portuqal dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar