Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
Prezident İlham Əliyevin dünən imzaladığı "Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında" Fərman ölkə iqtisadiyyatının mahiyyətcə yeni mərhələyə keçəcəyindən xəbər verir. Fərmandan bir daha anlaşılır ki, Azərbaycan hakimiyyəti “aqrar emal sənayesinin dayanıqlı inkişafı”na 2 mühüm məsələnin açarı baxır. Bunlardan biri qeyri-neft sektorunun ixrac potensialının möhkəmləndirilməsi, digəri ərzaq təhlükəsizliyinin təmin olunması strategiyasıdır.
Məlum olduğu kimi, 2015-ci ilə qədər Azərbaycan iqtisadiyyatı əsasən karbohidrogen rezervlərimizin istismarı və ixracı üzərində qurulmuşdu. 2015-ci ildə enerji daşıyısılarının qiymətinin kəskin şəkildə ucuzlaşması Azərbaycan hökumətini alternativ iqtisadi platformanı mənimsəməsinə gətirib çıxarmışdı. Həmin vaxtlar Prezident İlham Əliyev açıq şəkildə Azərbaycan üçün neft erasının bitdiyini və qeyri-neft sektorunun inkişafı dövrünün başlandığını bəyan etmiş, bu istiqamətdə mühüm addımlar atmışdı. Görülən tədbirlər nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı artmış və bu məhsulların ixracı Azərbaycan büdcəsinə yeni mənbələr qazandırmışdı. Lakin sirr deyil ki, kənd təsərrüfatı məhsullarının xammal şəkilində ixracı ölkəyə gözlənildiyi qədər xarici kapital gətirə bilməmiş və bilməzdi də. Çünki yeni texnologiyaların tətbiqi nəticəsində dünyada aqrar məhsulların qiyməti xeyli ucuzlaşıb və kənd təsərrüfatında çalışanların əməyi istər-istəməz su qiymətinə təklif olunur, bu da fermerlərimizin öz işlərinə maraqlarını azaldır. Təsadüfi deyil ki, il boyu məhsul yetişdirməklə məşğul olan kəndlilərimiz yığım mövsümünün sonunda çox az gəlir əldə etməkdən gileylənirlər. Təbii ki, qazanma imkanlarını artırmaq üçün emal sənayesi inkişaf etdirilməli, fermer təsərrüfatları xammaldan son məhsula yönəldilmədir. Zənnimizcə, Prezidentin son fərmanı da məhz bunu hədəfləyir. Bu layihə həyata keçirilə bilsə, həm aqrar sektorda çalışma imkanları şaxələnər, nəticədə daha çox insan işlə təmin olunar, həm də aqrar sektorumuz qat-qat artıq gəlir əldə edərək ölkəmizin maliyyə potensialı da böyüyər.
Adi bir misal çəkək: islehlak bazarlarında 1 kq pomidor 50 qəpikdir. Amma ondan tomat və turşu hazırlayanda eyni miqdarda məhsulun qiymətini bir neçə dəfə artıra bilərik. Üstəlik, məhsulun itkiyə getmə ehtimalı da xeyli azalmış olur.
Sirr deyil ki, 2020-ci ilin sonlarına qədər Azərbaycanın pomidor sektoru ölkənin qeyri-neft məhsulları üzrə ixrac statistikasında ilk yeri tuturdu. Pomidorçu fermerlərimiz 2019-cu ildə $189 mln. 292,29 min dəyərində 174,548 min ton pomidor ixrac etmişdilər. 2020-ci ilin ilk yarısında da bu uğurlarını sürdürmüşdülər. Statistik məlumatlara görə, 2020-ci ilin ilk 3 ayında Azərbaycandan 43 milyon 927 min dollar dəyərində 32 min 770 ton pomidor ixrac olunmuşdu. İxracımızın böyük hissəsini Rusiya bazarlarına göndərildiyindən İlin ikinci yarısında isə Moskva sırf siyasi səbəblərdən və müxtəlif bəhanələrlə Azərbaycandan pomidor alışını dayandırmış və fermerlərimiz böyük zərərə düşmüşdülər. Hazırda ixraca qoyulan qadağalar aradan qaldırılsa da əvvəlki performansımızı bərpa edə bilməmişik. 2021-ci ilin ilk 3 ayında Azərbaycandan 21 milyon 259 min dollar dəyərində 19 min 516 ton pomidor ixrac olunub ki, bu da bir il əvvəlki dövrlə müqayisədə dəyər ifadəsilə 2,1 dəfə, miqdar ifadəsilə 1,7 dəfə azalma deməkdir. Üstəlik, payız və qış aylarında Rusiya öz təsərrüfatlarını böyütmək və rəqabətədavamlılığını artırmaq məqsədilə yenidən eyni məhdudiyyətləri tətbiq edə bilər. Biz isə ixrac bazarımızı şaxələndirməməyiz və emal sənayemizi inkişaf etdirməməyimiz nəticəsində eyni problemlə üzləşə bilərik. Halbuki, ölkədə kənd təsərrüfatı məhsullarını emal edən müəssisələr fəaliyyət göstərsəydi, itkiyə gedən həmin xammalı rahatlıqla son məhsula çevirə bilərdik. Nəticədə fermerlərimiz daha az itkiylə mövsümü başa vurar və emal sənayemiz də məhsuldarlığı artırardı. Emal məhsullarının xarab olma müddəti bəzən illərlə davam etdiyindən aqrar sənaye müəssisələri kənd təsərrüfatı istehsalına əlavə dəyər qazandırır. Bu mənada ölkə başçısının aqrar emal sənayesinin inkişafına diqqət ayırması təqdirə layiqdir.
Rəsmi statistik rəqəmlər göstərir ki, Prezidentin 2015-ci ildən etibarən həyata keçirdiyi qeyri-neft sektorunun inkişaf proqramı öz nəticəsini verib. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, 2020-ci ildən başlayaraq ölkədə yeni yaradılan dəyərin 33.7 faizi sənayedə formalaşıb. Bu da ölkə iqtisadiyyatının digər sahələri ilə müqayisədə ən böyük pay deməkdir. Bununla belə, emal sənayesində aqrar sektorun payı hələ də arzulanan səviyyədə deyil. Belə ki, 2020-ci ildə ÜDM istehsalının 6.9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın payına düşür. Aqrar sektorumuz bu sahədə ÜDM-muzun 11.5 faizini əmələ gətirən ticarət və nəqliyyat vasitələrinin təmirindən, 7.7 faiz göstərici ilə ikinci yer tutan tikintidən 7.1 faiz nəticə göstərən nəqliyyat və anbar təsərrüfatından geri qalır. Halbuki aqrar sektor ölkədə ən çox əməkçinin çalışdığı sahədir və bu sahədə emal sənayesini inkişaf etdirməklə daha ciddi nailiyyətlər əldə etmək mümkündür.
Prezidentin Fərmanında “kənd təsərrüfatı təyinatlı torpaqların səmərəli istifadəsi məqsədilə həmin torpaq sahələrinin icarəyə və istifadəyə verilməsi mexanizminin təkmilləşdirilməsi, torpaqların konsolidasiyası təcrübəsinin tətbiqi” məsələsinin hədəf kimi qarşıya qoyulması da Azərbaycanın aqrar sektorunun inkişafına təkan verə bilər. Məlumdur ki, Azərbaycanın kənd təsərrüfatı istehsalı üçün ən münbit torpaqları iri məmurlar tərəfindən ələ keçirilib. Bir çoxlarının təyinatı dəyişdirilərək üzərində ya villalar, restoranlar, istirahət məkanları salınıb, ya da hasara alınaraq istifadəsiz saxlanılır. Bəzən su kanallarının üzərində inşa olunan bu villalar fermerlərin lazımı səviyədə suyla təchiz edilməsinin qarşısını alır. Xüsusilə, süni yaradılan balıqçılıq təsərrüfatları hardasa bir rayonun su ehtiyacını qanunsuz olaraq mənimsənilməsinə gətirib çıxarır. Beləcə, fermerlərin zəhmətləri puç olur, məhsuldarlıq azalır. Torpaqların və su mənbələrinin təyinatdan kənar istifadəsinin qarşısının alınması dövrün ən vacib tələbinə çevrilib. Azərbaycanın münbit torpaq sahələrinin və su mənbələrinin azlığı məsələyə planlı yanaşmanı tələb edir. Bu da torpaqların konsoldasiyasını şərtləndirir.
Fərmanda həmçinin fermerlərin işgüzarlıq imkanlarının və rəqabətədavamlılığının artırılması da günün vacib məsələsi kimi qarşıya qoyulur. Bunun üçün isə bir çox tədbirləri həyata keçirilməsinin, o cümlədən “əlverişli maliyyə resurslarına asan çıxışının təmin edilməsi”nin vacibliyi vurğulanır: “Rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının emalı sənayesinin genişləndirilməsi və istehsalın dəyər zəncirinin həlqələri üzrə artırılması məqsədilə istehsalçıların müvafiq resurslara, o cümlədən əlverişli maliyyə resurslarına asan çıxışının təmin edilməsi, bazar infrastrukturunun və aqrar biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində işlərin sürətləndirilməsi tələb olunur”, - Fərmanda belə deyilir.
Prezident bu fərmandan irəli gələn tədbirlərin həyata keçirilməsi üçün Nazirlər Kabinetinə 5 ay vaxt verir. Bu isə o deməkdir ki, 2022-ci ildən başlayaraq, ölkədə yeni iqtisadi siyasət həyata keçiriləcək.
Məsələyə bu aspektdən nəzər salanda Prezidentin son Fərmanını əslində adı qoyulmamış yeni strateji yol xəritəsi adlandıra bilərik. 2016-cı ildə qəbul olunan Strateji Yol Xəritələri aqrar sektorda əsasən məhsuldarlığı artırmağı hədəfləyirdisə, haqqında bəhs etdiyimiz Fərmanla 2022-ci ildən sənayeləşmə proqramlarına start veriləcəyi anlaşılır. Bu isə Azərbaycanın aqrar sektorda xammal ölkəsindən sənaye ölkəsinə dönüşümü mənasına gəlir.
Mürvət Həsənli,
İş adamı
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar