Xəbər lenti

Səudiyyə Ərəbistanının neft şirkəti “Saudi Aramko”nun gəlirləri 2021-ci ilin ikinci rübündə 3.9 dəfə artaraq 25.5 milyard dollar olub.

Axar.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Şirkətdən bildirilib ki, gəlirin artmasına dünyadakı mövcud şərait, neftə olan təlabatın artımının bərpası, vaksinasiya nəticəsində koronavirusla bağlı tətbiq edilən məhdudiyyətləri yumşaldılması səbəb olub.

Son altı ayda isə şirkətin qazancı 47.2 milyard dollar təşkil edib. Ötən il bu rəqəm 23.2 milyard dollar idi.



Ana səhifəyə qayıt        Baxış: 2 697          Tarix: 8-08-2021, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma