Xəbər lenti

 
İranda elektrik kəsintilərinə etirazların artması rəsmi Tehranı elektrik ixracatını kəskin şəkildə azaltmağa vadar edib.
 
Ovqat.com xəbər verir ki, İran Elektrik Sənayesi Təşkilatının sözçüsü Mustafa Rəcəbi Məşhədi dövlət televiziyasına açıqlamasında bunu bildirib.
 
O, qeyd edib ki, yay aylarında daxili tələbat artdığından İraqa elektirik ixracatı tamamilə, Əfqanistana isə 87% dayandırılıb. 
 
Bildirildiyinə görə, İranda gündə təxminən 50 min meqavat elektrik enerjisi istehsal olunsa da, yayda istiliyin artması səbəbindən istehlak 66 min meqavata çatır və ölkədə elektrik kəsintiləri yaşanır.
 
Dünyada ən çox kripto pul istehsal edən 7 ölkədən biri olan İran, elektrik kəsilməsi səbəbindən bu sahədə də fəaliyyəti müvəqqəti olaraq qadağan edib. Buna baxmayaraq, ölkənin 31 əyalətində, xüsusən paytaxt Tehranda gündə 5-6 saat davam edən elektrik kəsintisi baş verir və əhali buna etiraz edirək nümayişlər keçirir. 


Ana səhifəyə qayıt        Baxış: 2 783          Tarix: 9-08-2021, 20:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma