Xəbər lenti

 
2050 -ci ilə qədər qlobal karbon neytrallığına nail olmaq dünya iqtisadiyyatı üçün hər il 140 trilyon dollara və ya dünya ÜDM -nin 3%-nə başa gələcək və bu vaxta qədər Rusiyanın enerji ixracatı təxminən 200 milyard dollara qədər azalacaq”.
 
Ovqat.com xəbər verir ki, Rusiya Əmanət Bankının (Sberbank) baş direktoru German Gref “Şərq İqtisadi Forumu”nda çıxışı zamanı bunu bildirib.
 
Grefin bildirdiyinə görə, Sberbank-ın hesablamalarının nəticəsi bunu göstərir. 
 
Siberbank-ın hesablamaları nəticəsində aydın olub ki, 2050-ci ilədək qlobal karbon neytrallığına nail olmaq üçün dünya enerjisinin üçdə ikisi bərpa olunan mənbələrdən istehsal ediləcək. “2050 -ci ilə qədər Rusiyanın enerji ixracatının enerji keçidindən mümkün nəticəsi, enerji ixracatının 2035 -ci ilə qədər 179 milyard dollar və 2050 -ci ilə qədər 192 milyard dollar həcmində azalması ehtimalıdır. 2050 -ci ilədək Rusiyada neft və qaz kondensatının hasilatında 72%, qazda 52%, termal kömürdə 90% azalma olacaq ", - deyə o vurğulayıb.
 
Grefin fikrincə, 2050 -ci ilə qədər qlobal karbon neytrallığına nail olmaq ssenarisi Rusiyanın dövlət büdcəsində və insanların gəlirlərində də hiss olunacaq. "Əfsuslar olsun ki, proqnozlaşdırdığımıza görə, 2035 -ci ilə qədər əhalinin gəliri 14% və Rusiya Federasiyasının büdcəsi isə 5 trilyon rubl miqdarında kiçilə bilər”.
 
Sberbank rəhbərinin fikrincə, enerji keçidinin nəticələri təkcə energetiklərə və iqtisadiyyat sektorlarına deyil, hər kəsin gündəlik həyatına təsir edəcək: "Enerji qaynaqlarına qənaət etməklə əlaqəli hər şeyi daha sürətlə həyata keçirməliyik - ağıllı ev sistemləri, isitmə və s. kimi. Davranışımızı dəyişdirməliyik, sürətli dəmir yollarının tikintisi üçün əlavə bir stimul yarandığını düşünməliyik. Çünki aviasiyanın tullantıları çox böyükdür", - Gref iddia edir.
 
Sberbank-ın hesablamalarını ümumiləşdirən Gref, 2050-ci ilə qədər enerji keçidindən altı əsas riskin meydana çıxacağını bildirib: ixracat gəlirlərinin azalması, məşğulluq, mono-urbanizasiya (tək şəhərə axın) problemi, qlobal enerji sektorunda Rusiyanın liderliyinin əldən verilməsi ehtimalı, büdcə gəlirlərinin itirilməsi,  enerji şirkətlərinin transformasiya problemləri və mümkün iflasları. 
 
Gref, Sberbank -ın proqnozlarını Rusiyanın İqtisadi İnkişaf Nazirliyinə göndərdiklərini də söyləyib.
 
Qeyd edək ki, Azərbaycan da öz neft və qaz gəlirlərinə göz dikmiş vəziyyətdədir və bizi də Rusiya kimi eyni problemlər gözləyir.




Ana səhifəyə qayıt        Baxış: 5 053          Tarix: 3-09-2021, 13:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma