Xəbər lenti


 
Ötən gün iqtisadçı ekspert Elçin Qurbanov saytımız üçün qələmə aldığı bir yazısında Maliyyə Nazirliyinin “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sını şərh edərkən belə bir ritorik sual ortaya qoymuşdu: “Maliyyə Nazirliyi pulu necə və harası ilə sayır?
 
Ovqat.com xəbər verir ki, iqtisadçı ekspertin cavabını tapa bilmədiyi bu suala İqtisadiyyat Nazirliyi aydınlıq gətirib: sən demə, Maliyyə naziri Samir Şərifov ümumiyyətlə saymırmış. Özü də təkcə pulu yox, həm də İqtisadiyyat Nazirliyini. 
 
Şübhə edirsiniz? Elədirsə, buyurun, Nazirlikdən "Qafqazinfo"ya ötürülən məlumatla tanış olun.


Məlum olduğu kimi, Maliyyə Nazirliyi tərəfindən “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” hazırlanıb və 08.09.2021-ci il tarixində Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.

İqtisadiyyat Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, cari ildə də sənədin əsas parametrləri ilə bağlı müzakirələr keçirilib.

Mövcud praktikaya əsasən, sənəd dərc olunmamışdan əvvəl əsas iqtisadi göstəricilər aidiyyəti dövlət qurumları, o cümlədən İqtisadiyyat Nazirliyi ilə razılaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə məhz bu praktika tətbiq olunub.

Cari ildə də sənədin əsas parametrləri ilə bağlı müzakirələr keçirilib. Bununla belə, bəzi göstəricilər, o cümlədən dövlət büdcəsinin gəlirləri üzrə göstəricilər yekun olaraq hələlik razılaşdırılmayıb. Sənəd ilkin xarakter daşıyır və qarşıdakı günlərdə Maliyyə Nazirliyi və digər aidiyyəti strukturlarla müzakirələr davam etdiriləcək.



Ana səhifəyə qayıt        Baxış: 6 208          Tarix: 15-09-2021, 20:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma