Xəbər lenti
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
Le Figaro, Fransa 07.10.2021 Azərbaycan enerji böhranı, o cümlədən artan qiymət problemi ilə üz-üzə qalmış Avropaya qaz tədarükünü artırmağa hazırıdır. Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin Avropaya qaz ixracını artırmağa hazır olduğunu bildirib. Qafqazın zəngin karbohidrogen ehtiyatlarına malik bu ölkəsi 2020-ci ilin sonlarından başlayaraq İtaliya, Yunanıstan və Bolqarıstana qaz ixrac edir. Hazırda onun Avropaya illik qaz ixracı həcmi 10 milyard kubmetr nəzərdə tutulur. “Ötən ilin son günündən bu yana Azərbaycan qazı artıq Avropa bazarındadır. Biz görürük ki, Avropa İttifaqının bir çox başqa üzvlərinin də təchizatçısı ola bilərik”, - deyə İlham Əliyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri ilə görüşündə bildirib. Qışın yaxınlaşması ilə əlaqədar tələbatın sürətlə artması, ehtiyatların isə azalması səbəbindən çərşənbə günü Avropada qazın qiyməti görünməmiş həddə yüksəlib. Çərşənbə günü isə neftin də qiyməti son illərin ən yüksək həddinə çatıb. Bununla yanaşı, küləklə işləyən elektrik stansiyalarını qidalandırmalı olan küləyin əsməməsi, nüvə enerjisinin kəsilməsi, ətraf mühit problemləri üzündən kömürdən istifadənin azaldılması Avropada enerji böhranını daha da dərinləşdirib. Azərbaycanın nəhəng “Şahdəniz” yatağından çıxarılan təbii qazın Avropaya nəqlinə isə ötən ilin dekabrından başlanılıb. O, Avropaya Gürcüstan və Türkiyə ərazisindən keçən “Cənub Qaz Dəhlizi” vasitəsilə nəql olunur. Bu marşrut Avropa ölkələrinin təchizat şəbəkəsinin şaxələndirilməsini və Rusiya qazından asılılığının azaldılmasını nəzərdə tutur. Hesablamalara görə, Xəzər dənizinin Azərbaycan hissəsində yerləşən “Şahdəniz” yatağı təxminən 1 trilyon kubmetr qaz ehtiyatına malikdir. (Fransız dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar