Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
Nə qədər ki İranda İbrahim Rəisi hakimiyyəti iş başındadırsa, Azərbaycan əlini başının altına qoyub rahatca yata bilər. Zira bu gedişlə deyəsən, bizə qaz müştərisini Avropada və ya dünyanın başqa ölkələrində axtarmağa ehtiyac qalmayacaq. Bəlkə də ən böyük müştərimiz elə İran olacaq.
Ovqat.com-un məlumatına görə, İranın bir sıra ekspertlərinin gəldiyi qənaət bu cür düşünməyə əsas verir.
“İranlı ekspertlərin fikrincə, dünyanın ikinci ən böyük təbii qaz ehtiyatına malik ölkəsi İran böyük enerji bəlası ilə üz-üzədir, - xəbəri Türkiyənin “Enerji günlüğü” nəşri yayıb.
“Dünyadakı ümumi təbii qaz ehtiyatının 17 faizinə sahib olduğu təxmin edilən İran yeni böhranla üz-üzədir. ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə nüvə danışıqlarının dayandırılması səbəbindən İrana qarşı sanksiyalar davam edir. Bu səbəbdən beynəlxalq enerji sektorunun nəhəng şirkətləri İrana investisiyalarını dayandırıb. Yeni prezident Bayden dövründə yenidən görüşməyə başlayan iki ölkənin bir-birinə doğru addım atmaq istəməməsi böhranı daha da dərinləşdirir. İran hökuməti bu qış qaz qıtlığı səbəbindən mümkün elektrik kəsintiləri barədə əhaliyə xəbərdarlıq edib. Ölkənin dövlət təbii qaz şirkətinin direktoru həmçinin xəbərdarlıq edib ki, təcili addımlar atılmazsa, İran təbii qaz idxalçısına çevrilə bilər”, - xəbərdə vurğulanır.
İranın qaz ehtiyatlarını çıxara bilməsi üçün tələb olunan vəsait isə astronomik həcmdədir – 50 milyard dollar. Nəşrin bildirdiyinə görə, İranın təbii qaz sahəsinə bu məqləğdə sərmayə qoyulmasa, böyük ehtiyatlarına baxmayaraq onun idxalçı ölkəyə çevrilməsi qaçılmaz olacaq:
“İranın ən böyük təbii qaz ehtiyatı Qətərlə dənizdə paylaşdığı Cənubi Pars yatağıdır. Tehranın 5 il əvvəl Fransanın “TotalEnergies” şirkəti ilə 5 milyard dollarlıq yatağın işlənməsi müqaviləsi ABŞ sanksiyaları səbəbindən yarımçıq qalıb. “Total” İranı tərk etdikdən sonra Çinin “CNPC” şirkəti layihəni öz üzərinə götürdü, lakin işin çox ləng getdiyi bildirilir”.
Bir sözlə, bizim indiki İran rejimini sevmək üçün çox səbəbimiz var.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar