Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
“OPEC+-nın hasilatı artırmamaqda israrlı olması qlobal iqtisadi canlanmanı risk altında qoyur”.
Ovqat.com xəbər verir ki, məlumatı “Bloomberg” nəşri Ağ evin Milli Təhlükəsizlik Şurasının adı açıqlanmayan sözçüsünə istinadən yayıb.
“Biz hesab edirik ki, qlobal iqtisadi dirçəliş tələb və təklif balanssızlığı ilə zədələnməməlidir”, - deyən Milli Təhlükəsizlik Şurasının sözçüsü Ağ Evin yüksək qiymətlərlə mübarizə üçün bütün vasitələri nəzərdən keçirdiyini bildirib.
Xəbərdə vurğulanır ki, neft karteli OPEC və müttəfiqləri bir çox ölkənin, o cümlədən də ABŞ-ın neft hasilatının artırılması ilə bağlı xəbərdarlıqlarına göz yumaraq mövcud tədarük artımı planına davam etmək qərarına gəliblər. Bu qərardan sonra Bayden hakimiyyətinin Milli Təhlükəsizlik Şurasının OPEC+ ölkələrinə təzyiq vasitələrini işə salmaq barədə düşündükləri qeyd olunur. Şuranın sözçüsü “Bloomberg”ə bildirib ki, “OPEC+ ölkələrinin qlobal iqtisadi dirçəlişin kritik mərhələdə olduğu indiki vaxtda problemi həll etmək imkanları var: “Amma belə görünür ki, onlar bun imkandan tam istifadə etmək niyyətində deyillər”.
Sözçünün dediyinə görə, ABŞ bu təxribatçı mövqenin qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Co Bayden Rusiya və Səudiyyə Ərəbistanını neft hasilatının məhdudlaşdırılmasında və nəticədə ABŞ-da enerji qiymətlərinin bahalaşmasına yol açmaqda günahlandırmışdı.
Rusiyanın baş nazirinin müavini Aleksandr Novak isə qlobal neft bazarlarında canlanmanın davam etdiyini bildirərək, hələ də müxtəlif risklər qaldığını və neft hasilatını daha da artırmaq istəmədiklərini bildirmişdi.
Bazarda canlanmadan xəbərdar olduqlarına diqqət çəkən Novak demişdi: "Bazara əlavə neft veririk. Amma bildiyiniz kimi, mövsümi amillərlə əlaqədar olaraq dördüncü rübdə neft tələbində azalma gözlənilir. Oktyabr ayında belə, Avropada neftə tələbatın azalmasının şahidi olduq”.
Koronavirusun Delta variantının yayılmasının neft istehlakına da təzyiq etdiyini bildirən Novak hasilatı artırmamalarının səbəbini bu amillə əlaqələndirmişdi: "Bəzi ölkələrdə məhdudlaşdırıcı tədbirlər davam edir. Ona görə də OPEC+ ölkələrinin hasilatı yalnız 400 min barel artırmasının doğru olacağına inanırıq”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar