Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
Kəskin bahalaşmadan söhbət gedə bilməz, amma neft qiymətlərinin yüksək səviyyədə - 80-85 dollar dəhlizində qalması OPEK-in bu qərarına görə mümkündür və çox güman ki, ilin sonuna qədər qiymətlər 80-90 dollar aralığında olacaq.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli OPEK+ ölkələrinin neft hasilatını artırmaqdan imtina etməsi barədə qərarının neft qiymətlərinə təsiri barədə danışarkən deyib.
Ekspert bildirib ki, əslində bu, gözlənilən qərar idi:
“Hazırda OPEK+ ölkələri neft hasilatını 400 min barrel artırır və bu, ilin əvvəli ilə müqayisədə kifayət qədər həcmdir. Gözlənti ondan ibarət idi ki, gündəlik hasilat noyabr ayında 400 min barrel yox, 800 min barrel artırılsın. Bunun əleyhinə Rusiya çıxış etdi. Bununla da Rusiya neft qiymətlərinin ucuzlaşmanın qarşısını aldı, amma kəskin bahalaşması başqa faktorlarla bağlıdır. Buna dünya iqtisadiyyatında gedən proseslərin də təsiri var. Bilirsiniz ki, Avropa ölkələrində COVİD-19 virusunun yeni dalğalarının yayıldığı söylənilir, növbəti qapanmalar, iqtisadiyyatda daralmalar olsa, əksinə, neftin qiymətinə mənfi təsir göstərəcək və biz qiymətlərin ucuzlaşmasını görə bilərik”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar