Ötən həftə dünya bazarında neftin qiymətlərində yaşanan sərt düşüşlər bu gün dayanıb.
Ovqat.com xəbər verir ki, həftənin ilk gününə birjalar stabil havada başlayıblar.
Hətta günün ilk yarısı hər barrel neftdə 1 dollara qədər bahalaşma baş verib. Fəqət bu yüksəliş uzun sürməyib, qiymətlər yenidən əvvəlki səviyəyə enib. Hazırda bir barrel Brent markalı neft 66,69 dollardan təklif olunur. WTI markalı xam neftin qiyməti də qismən stabildir – 56.70 dollar.
Ekspertlər bu stabilləşmənin səbəbini OPEK-in hasilatı azaldacağı barədə bəyanatları ilə əlaqələndirirlər. Bununla belə, bu bəyanatların ciddi qiymət artımına səbəb olacağı düşünülmür. Çünki OPEK və tərəfdaşlarının hasilatı azaltmaqda nə qədər irəli gedəcəkləri barədə heç bir məlumat verilmir.
Neft strateqləri isə qiymətlərin yenidən yüksəlməsi üçün hasilat kəsintisinin sutkada 1 milyon barreldən çox olmasının vacibliyinə inanırlar. OPEK və tərəfdaşlarının bu qədər kəsintiyə gedəcəyi isə şübhə doğurur.
“Torontoda TD Securities” əmtəə strateqi Daniel Qali də bu cür düşünənlərdəndir. Onun fikrincə, ötən həftə qlobal neft bazarında yaşananlar təkcə qiymət şoku deyildi: “Ucuzlaşmanın təcili də ciddi şok yaratmışdı. Buna görə də neft qiymətlərindəki itkilərin ciddi bir təsdiqedici amil olmadan qısa müddətdə geri qaytarıla biləcəyini düşünmürük. Bu sürətləndirici amil OPEK-in indikindən daha artığını reallaşdırmaq məcburiyyətində qalması ola bilər".
Paylaş: