Xəbər lenti

Türkmənistan, Azərbaycan və İran arasında imzalan üçtərəfli təbii qaz ticarəti üzrə saziş bu gün qüvvəyə minəcək.

“Report” xəbər verir ki, müqavilə Türkmənistandan Azərbaycana satılacaq və İran vasitəsilə nəql ediləcək 1,2-2 milyard kubmetr təbii qazı nəzərdə tutur.

Qeyd edək ki, Türkmənistan qazı Şimali Türkmənistan-İran sərhədində alqı-satqıya çıxarılacaq və İran-Azərbaycan sərhədində İran qazının ekvivalenti ilə dəyişdiriləcək. Müqavilənin bitmə tarixi yoxdur.

Türkmənistanda imzalanmış üçtərəfli razılaşmaya görə, Türkmənistan Azərbaycana gündəlik 5-6 milyon kubmetr qaz satacaq.

Türkmənistan qazı İranın cənub qaz yataqlarına çıxışı məhdud olan şimal əyalətlərinin enerji təchizatı üçün vacibdir. Ancaq Tehranın Türkmənistana qaz tədarükünə görə 1,8 milyard ABŞ dolları məbləğində borcu var. Razılaşmadan regional infrastruktur, nəqliyyat və gəmiçilik inkişafından faydalanan İran indi bu borcu ödəməyə başlayacaq. İranın tezliklə Türkmənistana ödənişlər etməyə başlayacağı gözlənilir.

Razılaşmadan ən çox qazanc əldə edəcək Tehran çətin ki, onu təhlükəyə atacaq hər hansı addım atsın. Qısamüddətdə, saziş İranın hər iki ölkə ilə əlaqələrini gücləndirəcək və İrana Mərkəzi Asiyada daha çox nüfuz qazandıracaq. Orta və uzunmüddətdə, sövdələşmə davam edərsə, İran bir çox böyük nəqliyyat boru kəmərlərinə qoşula biləcək.

Xatırladaq ki, ölkənin cənubunda böyük qaz ehtiyatlarına malik İran əsasən də qış aylarında şimal vilayətlərinin qaz təminatını həll etmək üçün 1997-ci ildən etibarən Türkmənistandan qaz idxal edir.



Ana səhifəyə qayıt        Baxış: 3 637          Tarix: 25-12-2021, 10:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma