Xəbər lenti

 
Artan geosiyasi gərginlik və mümkün sanksiya təhdidləri Rusiya iqtisadiyyatına mənfi təsir göstərməyə başlayıb.
 
Ovqat.com-un məlumatına görə, NATO-nun baş katibi Yens Stoltenberqin alyansın 2014-cü ildən bəri ilk dəfə olaraq Şərqi Avropadakı mövcudluğunu artıracağını bəyan etməsi Rusiyada valyuta bazarını şoka salıb.
 
Moskva azad bazarında dolların məzənnəsi 2020-ci ilin noyabr ayından bəri ilk dəfə olaraq 79.4 rubla yüksəlib, avro isə 90 rublu keçib. Qeyd edək ki, dünən dolların məzənnəsi 76.9 rubl idi.
 
Ekspertlər rublun və birjaların ucuzlaşmasını Rusiyanın xarici siyasətində vəziyyətin pisləşməsi ilə izah edirlər.


Ana səhifəyə qayıt        Baxış: 5 197          Tarix: 24-01-2022, 17:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma