Xəbər lenti


Rusiya hökuməti rublun son günlərdə dəyərdən düşməsi fonunda milli valyutaın xilas etmənin yollarını axtarır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, federal Maliyyə nazirliyi bu ilin oktyabrın 7-dən noyabr ayının 6-na qədər ötən aya nisbətən 2,3 dəfə artıq valyutanı bazara çıxaracaq.

Nazirliyin ümumlikdə bir aylıq dövrdə 126,9 milyard rublu, gündə isə 5,8 milyard rublu dövriyyəyə buraxması gözlənilir. Müqayisə üçün ötən ay federal qurumun tədavülə buraxdığı valyuta satışının ümumi həcmi 54 milyard, günlük satış isə 2,5 milyard rubl təşkil etmişdi.

Qeyd edək ki, bu həftə Rusiyada rublun kursu kəskin şəkildə aşağı düşüb. Bu ilin sentyabrın 29-da avro 2016-cı ilin yanvarından bu yana 93 rubldan, dollar isə 80 rubldən yüksək rəqəmi “görüb”. Hazırda Avropa valyutası Moskva birjasında 92, dollar isə 78 rubla satılır.



Ana səhifəyə qayıt        Baxış: 1 494          Tarix: 5-10-2020, 20:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma