Xəbər lenti

 
 
Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın ötən gün Ukrayna səfəri zamanı iki dövlət arasında Azad Ticarət Zonası haqqında Saziş imzalanıb.
 
Sazişə Türkiyə adından bu ölkənin ticarət naziri Mehmet Muş, Ukrayna adından isə baş nazir Denis Şmıxal imza atıb.
 
Bəs, iki dövlət arasında bağlanan Azad Ticarət Zonası haqqında Sazişdə nə nəzərdə tutulub?
 
Ovqat.com-un Ukrayna mediasına istinadən verdiyi məlumata görə, ölkələr arasında bağlanan Azad Ticarət Zonası sazişinin hər il əlavə ÜDM-in 2%-ni təşkil edəcəyi gözlənilir. Razılaşmanın əsasını Türkiyənin 10,337 min əmtəə adında rüsumları sıfırlaması təşkil edir. Bu, ümumi malların 95%-ni təşkil edir. Daha 1348 əmtəə adında tarif kvotası və ya rüsumların azaldılması nəzərdə tutulur.
 
Sənədə əsasən, Ukrayna metal qırıntılarının ixracına rüsum tətbiq etmək hüququnu özündə saxlayır, Türkiyə isə Ukrayna metalı üçün daxili bazarı açır. Daha 130 əmtəə adında metallurgiya malları üzrə rüsumların qismən azaldılması, 160 metallurgiya malına isə əlavə kvotalar müəyyən edilib.
 
Həmçinin, Ukrayna avtonəqliyyat vasitələri və yüngül sənaye məhsulları üçün üç ildən beş ilədək keçid dövrləri təyin etməklə, işlənmiş avtomobillərin idxalına görə rüsumları saxlayacaq. Eyni zamanda, tərəflər ikitərəfli təminat mexanizmi vasitəsilə rüsumları bərpa etmək hüququnu özündə saxlayır.
 
Müqaviləyə yenidən baxılması iki ildən gec olmayaraq aparılmalıdır.
 


Ana səhifəyə qayıt        Baxış: 3 278          Tarix: 4-02-2022, 13:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma