Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko dekabrın 17-də Türkiyənin «Anadolu» informasiya agentliyinə Ukrayna-Türkiyə münasibətlərindən danışıb.
Yuliya Sviridenkonun sözlərinə görə, Ukrayna Türkiyə ilə azad ticarət barədə saziş imzalamağa ümid edir. Bu sazişin xatirinə 2011-ci ildən bəri 11 görüş keçirilib. Ukrayna Türkiyə bazarına çımaq istəyir.
Nazir Kiyev və Ankara arasında iqtisadi əməkdaşlığın özəlliklərindən danışıb: «Ukrayna və Türkiyə arasında əməkdaşlığın əsas istiqamətləri texnologya, innovasiya, sənaye, energetika və enerji effektliliyi, logistika, nəqliyyat infrastrukturu və tarizm sahələrini əhatə edir. 2021-ci ilin 9 ayının yekunlarına Türkiyə Ukrayna ilə ticarətin həcminə görə Çin, Polşa, Almaniya və Rusiyadan sonra beşinci yeri tutur.
Cari ilin yanvar-sentyabr aylarında iki ölkə arasında əmtəə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz (5 milyard dollar) artıb. Həm də investisiya sferasında əməkdaşlığı inkişaf etdirmək nəzərdə tutulur…»
Sviridenko müasir mərhələdə Ukrayna-Türkiyə münasibətlərinin xarakteristikasını belə ifadə edib: «Türkiyə Ukraynanın mühüm strateji həmkarlarından biridir. İki ölkə arasında tənzimlənmiş uzunmüddətli və sıx qarşılıqlı fəaliyyət də iqtisadi əlaqələrə müsbət təsir göstərir».
AzPolitika.info
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar