Xəbər lenti

Energetika Nazirliyinin rəsmi hesabatına görə, 2022-ci ilin yanvar ayında Azərbaycanda 2,9 milyon ton neft hasil edilib, bunun 2,3 milyon tonu ixrac olunub.

Gündəlik xam neft hasilatı yanvarda 580,9 min barrel göstərilib. Beynəlxalq razılaşmaya əsasən, martda Azərbaycanın gündəlik xam neft hasilatı 675 min barreldir, apreldə 682 min barrelə yüksələcək.

Martın 5-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 118,78 dollara təklif olunur.

2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20, marta 102,30 dollarla başlayıb.



Ana səhifəyə qayıt        Baxış: 3 332          Tarix: 5-03-2022, 23:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma