Xəbər lenti



Məlum olduğu kimi Təbii Resursların İdarə Edilməsi İnstitutu resurs ölkələri üzrə növbəti Resursların İdarə Edilməsi İndeksini sonuncu, 4 il əvvəlki qiymətləndirmədən sonra 2021-ci il üzrə açıqlamışdır. Qiymətləndirmədə 18 resurs ölkəsini əhatə edən hesabatda Azərbaycan üzrə İndeks 2021-ci ilin noyabr ayının 25-də açıqlanıb və Azərbaycanın neft-qaz sektoru 2017-ci illə müqayisədə 9 bənd yüksələrək 2021-ci il Resursların İdarə Edilməsi İndeksində mümkün 100 baldan 56 bal toplayıb. 

MSŞA Koalisiyası Azərbaycan üzrə məlum İndeksi araşdıraraq bu ilin fevral ayında mövqe sənədi ortaya qoymuş və İndeks üzrə yanlış hesab etdiyi nüansları açıqlamışdır. Koalisiyanın qənaətinə əsasın  ümumən  2021-ci il üzrə Azərbaycan üçün Təbii Resursların İdarəedilməsi İndeksi reallığa adekvat deyil.  NRGİ-nin Rİİ-də əsaslandırılmış yanlışlıqları düzəltmək üçün əməkdaşlığa hazır olması bəyanına əsaslanaraq Koalisiya  mövqeyinin və mövqe sənədində ifadə olunan arqumetlərin diqqətə alınacağına ümid edirdi. Eyni zamanda, Koalisiya nüfuzlu beynəlxalq təşkilatları  reallığın bir çox parametrlərinin əksinə Azərbaycanı ”inkişafda” göstərən hər bir beynəlxalq qiymətləndirmənin ölkədəki mövcud əlverişsiz mühiti  dəyişməmək üçün siyasi hakimiyyətin  əsaslandığı arqumentləri möhkəmləndirdiyini nəzərə almağa  çağırmışdı.  

Mərkəzi London və Nyu-Yorkda yerləşən Təbii Resursların İdarə Edilməsi İnstitutu (NRGİ) bir müddət əvvəl Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasına cavab məktubu göndərərək vətəndaş cəmiyyətinin bu təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirərək mövqe sənədində göstərilmiş xüsusatlar üzrə şərh və iradları diqqətlə araşdırdıqlarını və Azərbaycan üzrə cari İndeks sənədində qiymətləndirmədə bir sıra düzəlişlər edildiyini vurğulayıb. 

TRİİ (NRGİ)-ın Resursların İdarə Edilməsi Proqramının (İndeksin hazırlanması) rəhbəri Erika Vestenberq (Erica Westenberg) tərəfindən MSŞA Koalisiyasının Şura üzvü Fuad Həsənova göndərdiyi 9 səhifəlik cavab məktubunda qaldırılan hər bir məqamın yaxından nəzərdən keçirildiyi və bu məktubda onların hamısına toxunmaq niyyətində olduqları bildirilir. Qaldırılmış mövzulara ətraflı cavabların cavab sənədində qeyd edilmiş 16 komponenet üzrə verildiyi bildirilir və lakin yekun olaraq, hər bir TRİ/RGI(Resource Governance İndex) sualını və müşahidələrlə bağlı göstəriciləri nəzərdən keçirildikdən sonra 4 sualın cavabda dəyişikliyə zərurət olduğu qənaətinə gəlinir və dəyişikliklər İndeks sənədində həyata keçirilir. 
Proqram rəhbəri Koalisiyanın İndeks üzrə mövqe və rəyini yüksək qiymətləndirdiyini, İndeks üzrə davamlı müzakirəyə hazır olduğunu bildirir. 
TRİİ cavab sənədində aşağıdakı qeydləri etmişdir və zəruri hallarda Koalisiya pres-relizin həcminin səmərəli həddi aşmaması səbəbilə bəzi iddialara şərhini əlavə edir:

o    Yüksək səviyyədə, sizin narahatlığınız ümumən kompozit (mürəkkəb, kombinə edilmiş) indekslərin xas məhdudiyyətləri, xüsusən də idarəetmənin kəmiyyətcə ölçülməsi məhdudiyyətləri ilə çox sıx bağlıdır. Mövzuları araşdırmaq üçün bütün ölkələrdə vahid indekslər hökumət siyasətlərinin uyğunluğunu və ya uğurunu qiymətləndirə bilmir.

o    Məlumatların təqdimatında biz bu məhdudiyyətləri aydın şəkildə təsvir edirik. Xüsusilə, RGI (Resursların İdarə Edilməsi İndeksi) Metodunun Xülasəsində qeyd edildiyi kimi: RGI müəyyən bir ölkənin siyasətlərinin uyğunluğunu ölçmür. Əksinə, RGI-də biz idarəçiliyi məlumatın açıqlanması, şəffaflıq və nəzarətlə bağlı qaydaların, qanunların və ya siyasətlərin və faktiki təcrübələrin mövcudluğu kimi müəyyən edir və qiymətləndiririk.

o    Bu məhdudiyyətlərə baxmayaraq, biz İndeks metodologiyasında dəyər gördük. (Qeyd: NRGİ indeks metodologiyasında mükəmməl qiymətləndirmə üçün məhdudiyyətlər və çatışmazlıqları etiraf edir)

o    İndeks həm ilkin tədqiqatdan (Dəyərlərin Reallaşdırılması və Gəlirlərin İdarə Edilməsi komponentləri üçün sorğu vərəqəsi), həm də Əverişli Mühit üzrə üçüncü komponent üçün ikinci dərəcəli məlumatlardan hazırlanır. Suallar obyektivdir və müxtəlif ölkə kontekstlərində tətbiq oluna bilər. 2021 RGI-də sorğu vərəqəsinə şəffaflıq və hesabatlılıqla bağlı 136 sual daxil edilmişdir ki, bunlar qanunun/siyasətin mövcudluğu və ya təcrübədə məlumatın açıqlanması barədə soruşur. Bununla belə, RGI hökumət siyasətlərinin konkret ölkənin kontekstinə uyğun olub-olmadığını qiymətləndirmir və o, idarəetmənin bütün sahələrini əhatə edə bilməz. İdarəetmənin bəzi elementləri RGI çərçivəsi ilə ölçülə bilməz, çünki onlar hazırkı metodologiya və müddət çərçivəsində mümkün olmayan tədqiqat tələb edir. Biz RGI-ni dialoqa təkan verən vasitə kimi görürük ki, bu da bu idarəetmə məsələlərinin daha dərindən araşdırılmasına imkan verir. (Qeyd: TRİİ bir daha metodologiyanın məhdudiyyətlərini önə çəkir və bu şərtlərlə tədqiqatın səmərəli ola bilmədiyini etiraf edir. Sualların tərtibindəki səmərəliliyin zəifliyi qiymətləndirmənin ədalətlililiyinə problem yaradır, situasiyanın aydın təsəvvürünü məhdudlaşdırır və bununla da qiymətləndirmənin obyektivliyini şübhə altına ala bilir) 

o    RGI metodologiyası tədqiqatçılardan müvafiq qanunvericilik bazası və təcrübələrə əsaslanaraq xüsusi suallara xallar seçməyi tələb edir. Hər bir sual üçün seçilmiş meyarlar üçün yazılı əsaslandırma sübut sənədləri ilə birlikdə tələb olunur. Sorğu obyektivdir və ilkin araşdırma aparıldıqdan sonra cavablar, əsaslandırmalar və sübut sənədləri rəyçi, TRİİ/NRGI-ın ölkə eksperti, RGI işçiləri və NRGI tematik ekspertləri tərəfindən yoxlanılır. Tədqiqatçı tərəfindən buraxılmış istənilən məlumat bu prosesə daxil edilir.

o    Dövlət müəssisəsi alt komponenti. MHŞT Koalisiyasının ekspertləri hesab edir ki, RGİ-nin hesabatında SOCAR-ın İdarə Heyətinin və Müşahidə Şurasının əksər üzvlərinin hökumətdən müstəqil olması ilə bağlı iddia düzgün deyil”. Tədqiqat zamanı cavab yanlış olaraq İdarə Heyətinə əsaslanırdı, nəinki Müşahidə Şurasına. SOCAR-ın İdarə Heyətinin müstəqilliyi ilə bağlı ətraflı şərhinizə görə təşəkkür edirik. Təkrar araşdırmadan sonra biz belə qənaətə gəlirik ki, 1.4.10b Dövlət Müəssisəsinin direktorlar şurasının müstəqilliyi sualının cavabı (baxış asanlığı üçün aşağıda kopyalanıb) yenidən baxılma tələb edir.

Əlavə araşdırmalardan sonra məlum olur ki, SOCAR-ın Müşahidə Şurası 2021-ci ilin yanvarında fərmanla yaradılıb, ona görə də 2021-ci il RGİ-də qiymətləndirilən 2019-2020-ci illər üçün düzgün balı C (0) təşkil edir. 1.4.10a Dövlət Müəssisəsinin Korporativ idarəetmə təcrübəsi indikatoru dəyişdirilərək nəticədə yenidən 50 kimi hesablanacaq.

o    Suveren Rifah Fondunun alt komponenti

TRİİ/NRGİ-nun cavab məktubunda Koalisiyanın qaldırdığı məsələlərə 4-cü cavab qeydidir. Koalisyanın şərhinə istinadla “fonddan maliyyə vəsaitlərinin çıxarılmasını tənzimləyən qaydaların təkmilləşdirilməsi 2018-ci ilin dekabr ayında Fond tərəfindən qəbul edilmiş qərarla həayat keçirilir...” Koalisiyanın ekspertləri hesab edir ki, 2018-ci ildə qəbul edilmiş və hesabat dövründə cəmi bir il işləmiş, sonra isə təxirə salınmış fiskal qayda faktı bu komponentdə heç bir artıma səbəb olmamalı idi”. Və “sənədə əsasən, hökumət 2018-ci ildə Fondun vəsaitlərinin idarə edilməsi ilə bağlı fiskal qaydalarını təkmilləşdirib. Lakin qiymətləndiricilər hökumətin Fonddan vəsaitlərin çıxarılmasını cəmi bir il ərzində dayandırdığını “unudubar”. "

TRİİ/NRGİ Koalisiyaya pandemiya dövründə Azərbaycanda fiskal qaydaların dayandırıldığını qeyd etdiyi üçün təşəkkür edir. Keçən ilin əvvəlində RGI sorğu vərəqini və meyarlara dair təlimatı nəzərdən keçirərkən NRGI belə qənaətə gəlib ki, pandemiyanın təqdim etdiyi fövqəladə iqtisadi və ictimai sağlamlıq halları, pandemiya zamanı maliyyə qaydalarını dayandıran ölkələr bunun üçün aşağı bal alarsa, bu qiymətləndirmələri təhrif edə bilər. Buna görə də, bütün qiymətləndirilən ölkələrə tətbiq edilən 2021 RGI metodologiyası ondan ibarətdir ki, 2020-ci ildə fiskal qaydaların dayandırılması “Tətbiq olunmur/Digər” meyarlarına aid edilir. Bu məlumat diqqətdən kənarda qalmadı, həqiqətən də cavabın əsaslandırılmasında dayandırılma qeyd olunub. Bu xüsusi metodologiya həm fiskal qaydaya, həm də Suveren Rifah Fondundan (SRF) vəsait çəxarılması qaydalarına tətbiq edilir.
Bu metodologiyaya uyğun olaraq, 2.3.2c SRF-dən vəsaitlərin çıxarılması qaydasına riayət etmə sualının cavabı (istinad asanlığı üçün aşağıda kopyalanıb) Tətbiq olunmur, F (.). NRGİ nəzərdən keçirib ki, Azərbaycan üçün xallar səhv olaraq A (100) kimi təqdim edilmişdir. Bu F (.) bəndinə dəyişdirilməli idi. 
(Qeyd: TRİİ/NRGİ İndeksi hazırlayarkən 2.3.2c – Suveren Rifah Fondundan vəsaitlərin çıxarılması qaydasına riayət etmə ilkin qiymətləndirmədə A(100) balla qiymətləndirilib, demək ki, balların hesablanmasında əhəmiyyətli rola malik olub. Koalisiyanın mövqe sənədindəki şərhi əsasında  təkrar yoxlamadan sonra balla qiymətləndirmə dəyişdirilərək “Tətbiq edilmir/Digər” meyarına dəyişdirilir. Halbuki, bu düzəliş rəqəmlə ifadə edilməli idi və 0-lana bilərdi)
o    Koalisiyanın İndeks üzrə “ARDNF-nin Müşahidə Şurasının və nəzarət orqanının üzvləri prezidentin fərmanı ilə təsdiq edilir. Müşahidə Şurası 6 yüksək vəzifəli dövlət məmuru və bir millət vəkilindən ibarətdir, baxmayaraq ki, Şuranın nizamnaməsində müvafiq dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələrindən, eləcə də digər şəxslərdən ibarət olacağı göstərilib”məzmunlu şərhinə isə TRİİ/NRGİ Təbii Resursların İdarə Edilməsi/RGI Anketinə dövlət müəssisəsinin direktorlar şurasının müstəqilliyi ilə bağlı sual daxildir, lakin suveren fondun direktorlar şurası ilə bağlı sual yoxdur. Siz ARDNF-in Müşahidə Şurası haqqında məsələni qaldırırsınız, bu zaman şəffaflıq meyarları və ictimai nəzarətin olmaması diqqət çəkir, lakin 2021 üzrə RGI metodologiyasında qoyulmuş sual bu nüansı əhatə etmir. Nəzərə alın ki, 2021 RGI-də suveren fondun direktorlar şurası ilə bağlı sualı da artıq sınaqdan keçirdik və bu sualı layihənin gələcək nəşrlərinə daxil etməyi planlaşdırırıq.

Qeyd: (TRİİ bununla bir daha tədqiqatın metodologiyası və sualların əhatəsində olan məhdudiyyətlərin mövcudluğunu etiraf edir, indeks üzrə qiymətləndirmə meyarlarının komponentlər üzrə Azərbaycan nümunəsində yekun qiymətləndirmənin mükəmməl olmasını təmin edə bilməyəcəyini qeyd etmiş olur)

o    Koalisiyanın “Nəhayət, hesabat dövründə baş verən mühüm dəyişikliklərdən biri Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən (MSŞT) çıxması və vətəndaş cəmiyyətinin bu prosesdə iştirakına xitam verilməsi olub. Nəticədə, Azərbaycan 2017-ci ilin martında MHŞT-dən çıxdıqdan sonra ölkədə mədən sənayesində şəffaflıq standartlarının tətbiqi və bu sahədə ictimai nəzarətin təşkili sahəsində vəziyyət pisləşib. 2020-ci ilin iyulunda isə yeni yaradılmış hökumət komissiyası da ləğv edilib və Dövlət Statistika Komitəsinə (DSK) şəffaflıq üzrə hesabat vermək tapşırılıb. Ona görə də 2017-ci ildən sonra Azərbaycanda yerli VCT-lər şəffaflıq prosesində iştirak imkanlarını tamamilə itiriblər. 2018-ci il üçün MHŞT üzrə son hesabat dərc olunub. O vaxtdan bəri hasilat sənayesi ilə bağlı etibarlı məlumatlar açıqlanmır və bu məlumatlara çıxış məhduddur” qeydinə cavab olaraq RGİ proqram komandası bildirir ki, Azərbaycanın MHŞT-yə aidiyyəti olmadığı və hesabat vermədiyi bir dövrdə Suveren Rifah Fondu üçün balların daha yüksək olmasının Azərbaycanın mövcud olduğu əvvəlki illərlə müqayisədə ziddiyyət təşkil etməsinin müşahidə edilməsiniAz yüksək qiymətləndiririk. Onu da qeyd edək ki, Azərbaycan MHŞT-dən çıxmazdan əvvəl, MHŞT-nin beynəlxalq şurası vətəndaş cəmiyyəti üçün əlverişli mühitin olmaması, MHŞT-nin çoxtərəfli iştirak tələblərinin və onun vətəndaş cəmiyyəti protokolunun  pozulmasına görə Azərbaycanın təşəbbüsdəki üzvlüyünü dondurub. 1.2.8 göstəricisi- MHŞT üzvlüyü və MHŞT hesabatlarının dərci MHŞT-yə mənsubluq və hesabatların verilməsi balları bazası üzərində dayanır. Araşdırmamız zamanı biz müəyyən etdik ki, bu göstərici daxilindəki iki sualdan biri bal düzəlişi tələb edir və hər hansı çaşqınlığın qarşısını almaq üçün biz bunu növbəti bölmədə, Vergilər alt komponentində ətraflı izah etdik. İndeksdəki sualların çoxunun MHŞT Standartı tərəfindən tələb olunan açıqlamalarla əlaqəli olduğu da Koalisiya tərəfindən dəqiq müşahidədir.
o    Növbəti şərhinizə - “Səmərəlilik və gəlirlərin effektiv idarə olunmasına gəlincə, məlumatlara baxmaqla və üstəlik sonrakı məlumatların təhlili ilə mövcud vəziyyətlə bağlı aydın təsəvvür əldə etmək mümkündür” istinadla bağlı bildiririk ki, sizin təqdim etdiyiniz ARDNF-nin gəlirləri və transfertlərinin təhlili maraqlıdır və ARDNF-nin fəaliyyətinin daha geniş mənzərəsi üçün aktualdır. Bununla belə, bu tip tədqiqat və təhlillər RGI-nin səlahiyyətlərinə aid deyil.
(Qeyd: Gəlirlərin İdarə Edilməsi Proqramının bu qeydi həm də İndeksin hazırlanması metodologiyasında tədqiq edilən və qiymətləndirilən durumun təkmil və ədalətli təsviri üçün məhdudiyyət və çatışmazlıqların mövcudluğunun etirafıdır və hazırda Koalisiya NRGİ-na bu istiqamətdə də təkliflərin üzərində şalışır).  
o    Milli Büdcə alt komponenti üzrə
Koalisiyanın İndeks üzrə növbəti şərhinə - “Azərbaycanda büdcə qaydası 2018-ci ilin yayında qəbul edilib və bu qayda cəmi bir il - 2019-cu ilin icmal büdcəsi üçün tətbiq edilib. 2020-ci ildə pandemiyanın mənfi təsirlərini aradan qaldırmaq üçün büdcə xərclərinin artırılması zərurətini əsas gətirərək qayda 2022-ci ilə qədər dayandırılıb. Koalisiyanın ekspertləri hesab edir ki, 2018-ci ildə qəbul edilmiş və hesabat dövründə cəmi bir il işləmiş, sonra isə təxirə salınmış fiskal qayda faktı bu komponentdə heç bir artıma səbəb olmamalı idi” cavab olaraq TRİİ/NRGİ cavab qeydi edərək bildirir ki, pandemiya dövründə Azərbaycanda fiskal qaydaların dayandırıldığını qeyd etdiyiniz üçün təşəkkür edirik. Yuxarıda Suveren Rifah Fondu alt başlığı altında müzakirə edildiyi kimi, RGİ-nin nəzərdən keçirilməsi prosesində keçən ilin əvvəlində sorğu vərəqəsi və meyarlara dair təlimatda NRGI belə nəticəyə gəldi ki, pandemiyanın təqdim etdiyi fövqəladə iqtisadi və ictimai sağlamlıq vəziyyətinə görə pandemiya zamanı maliyyə qaydalarını dayandıran ölkələr bunun üçün aşağı ballar aldıqları təqdirdə qiymətləndirmələri təhrif edilmiş ola bilər. Buna görə də, bütün qiymətləndirilən ölkələrə tətbiq edilən 2021 RGI metodologiyası ondan ibarətdir ki, 2020-ci ildə fiskal qaydaların dayandırılması “Tətbiq olunmur/Digər” meyarları ilə nəzərə alınır. Bu məlumat diqqətdən kənarda qalmayıb, həqiqətən də cavabın əsaslandırılmasında dayandırılma qeyd olunub. Bu metodologiya həm fiskal qaydalara, həm də Suveren Rifah Fondundan vəsait çıxarılması qaydalarına tətbiq edilir.
Bu metodologiyaya uyğun olaraq, Azərbaycan üçün 2.1.3a Fiskal Qaydalara Sadiqlik sualının cavabı (baxış asanlığı üçün buradan kopyalanır) D (.) kimidir. Buna görə də (.) işarəsi heç bir bal verilmədiyini və buna görə də sualın göstəricinin, alt komponentin, komponentin və ya ümumi indeks ballarının hesablanmasına daxil edilmədiyini bildirir. Nəzərdən keçirdikdən sonra müəyyən etdik ki, Azərbaycan üzrə verilmiş bal səhv olaraq A (100) kimi təqdim edilib. Bu, yenidən baxılaraq D (.) bəndinə dəyişdirilməlidir. NRGİ-ın cavab sənədində daha sonra qeyd edilir ki, ümumi ballara təsir üçün heç bir nəticə yoxdur, çünki göstərici 2.1.3 Fiskal qayda təcrübəsi orta hesabla 2.1.3a (.) və 2.1.3b (100) təşkil edir və bu, 100-də qalacaq.
(Qeyd: Kolaisiya düşünür ki, 2.1.3a Fiskal Qaydalara Sadiqlik sualı üzrə cavabın qiymətləndirilməsində verilmiş bal 100, yəni ədədlə əmsallanmışdırsa, indeks balı təkrar nəzərdən keçirildikdən sonra düzəliş edilərkən Tətbiq olunmur/Digər meyarı ilə qiymətləndirilməyib, sıfırlanmalı idi. Bu halda Sub Komponent üzrə yekun bal dəyişərək 50 ilə 100 arasında qərar tutacaq idi.)
o    TRİİ/NRGİ araşdırmaları zamanı aşağıdakı sual üzrə balın dəqiqləşdirilmə tələb etdiyini müəyyən edir:
1.2.8b MHŞT Hesabatının Vaxtlılığı (Praktik Sual)
Dərc edilmiş cavab B (70) şəklindədir və bu, Azərbaycan üçün 2015-ci ilin məlumatlarını əhatə edən son MHŞT Hesabatının 2017-ci ilin yanvarında dərc edilməsinə əsaslanaraq C (40) ilə dəyişdirilir. Bu halda cavab (B) MHŞT ilə əlaqəsi olmayan və buna görə də etibarsız sübuta malik olan hasilat sektorunun şəffaflıq hesabatına əsaslanmışdır. Bu sual Vergitutma alt-komponentində yer alır
o    Şərhlərdən görünür ki,  “MHŞT Koalisiyası hesab edir ki, “Əlverişli mühit” indikatorunun ən azı 1 ballıq artımla 50 balla qiymətləndirilməsi real vəziyyəti əks etdirmir....
Bütün bunlar (bu faktlar beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb) əlverişli mühit komponentinin qiymətləndirilməsinin obyektivliyi ilə razılaşmamağa əsas verir”. Resursların İdarəolunması İndeksi Açıq Məlumat İnventariyası ilə birlikdə Qüvvədə olan Mühit komponentinə ikinci dərəcəli xarici məlumat kimi Ümumdünya İdarəetmə Göstəricilərini daxil etməklə ölkədə daha geniş idarəetmə məsələlərini nəzərə alır. Bu məlumatları necə daxil etməyimiz haqqında məlumat metodologiya sənədimizdə var və aşağıda biz indeksin bu komponentinin necə hesablandığını addım-addım təqdim edirik. Biz Ümumdünya İdarəetmə Göstəricilərindən (WGI) imkan verən mühit üçün xam məlumatları və Açıq Məlumat İnventarizasiyası (ODIN) alırıq. Daha sonra "faiz dərəcələrinin normallaşdırılması" adlanan məlumatların işlənməsi metodundan istifadə edərək onu RGI strukturunun qalan hissəsinə çeviririk. Sizə göndərdiyimiz sənəddə bunun praktikada nə demək olduğunu göstəririk, Məsələn, WGI məlumatlarının Azərbaycanın “Səs və Hesabatlılıq” alt komponentindən istifadə etməklə.

Təbii Resursların İdarə Olunması İnstitutu (NRGİ) İdarəetmə Proqramlarının direktoru Erika Vestenberq (Erica Westenberg) sonda Koalisiyaya bu əhəmiyyətli iş üzrə ölkə üzrə İndeksin təkmilləşdririlməsinə dəyərli töhfəsi üçün kollektivin təşəkkürünü bildirir: “Resursların İdarəolunması İndeksi möhkəm, məlumatlara əsaslanan alətdir və sizin rəy və şərhləriniz yüksək dəqiqlik standartlarına nail olmaq üçün bizim üçün əvəzolunmazdır. Sizin nöqteyi-nəzərinizdən faydalı olarsa, sizə uyğun vaxtda zəng edərək müzakirə aparmaqdan məmnun olaram.”

Koalisiya TRİİ(NRGİ) tərəfindən dövrü olaraq açıqlanan Resursların İdarəolunması İndeksinin resurs ölkələrində mədən sənayesi idarəçiliyində şəffaflıq, hüquqi çərçivənin təkmilləşdirilməsi, maliyyə qaydaların mövcudluğu və onlara əməl edilməsi, vətəndaş cəmiyyəti ilə səmərəli əməkdaşlıq və s. üzrə hökumətin davranışlarında müsbət irəliləyişlərə səbəb ola biləcək bir qiymətləndirmə və təşviqat üsulu olsa da tədqiqat və qiymətləndirmə siyasəti və metodologiyasında təkmilləşdirməyə ehtiyac vardır. Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Azərbaycan Vətəndaş Cəmiyyəti bu müstəvidə də Təbii Resursların İdarə Edilməsi İnstitutu, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq Katiblik və eləcə də mədən sənayesində vəkillik üzrə vətəndaş cəmiyyəti təşkilatlarının təmsil olunduğu, 50-dən artıq milli koalisiya və 1000-dən artıq vətəndaş cəmiyyəti nümayəndələrini birləşdirən beynəlxalq hərəkat olan Ödədiyini Açıqla (Publish What You Pay) ilə əməkdaşlığını davam etdirir. Diqqətə çatdırırıq ki, təkrar araşdırmalardan sonra NRGİ Azərbaycan üzrə Resursların İdarə Edilməsi İndeksinin yekun qiymətini ilkin olaraq 56-dan 55-ə endirmişdir. Koalisiya hazırda Təbii Resursların İdarə Olunması İnstitutunun (TRİİ) Azərbaycan üzrə açıqladığı İndeks üzrə Kolalisiyanın Mövqe Sənədi və şərhlərinə cavab olaraq  göndərdiyi məktubda qeyd etdiyi xüsusatlar, tədqiqatın metodologiyası və qiymətləndirmə ilə bağlı bəzi izahlar, Koalisiyanın İndeksdə düzəlişlərin edilməsi ilə bağlı verdiyi təkliflərin bəzilərinin nəzərə alınmasını araşdırır və yenidən qiymətləndirir, tədqiqat və qiymətləndirmə metodologiyasının mümkün təkmilləşdirlməsi ilə bağlı TRİİ ilə təmaslarını davam etdirir. 




Ana səhifəyə qayıt        Baxış: 4 793          Tarix: 26-04-2022, 14:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma