Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
İyulun 10-da Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının iki gün sürən XXİ Ümumi Yığıncağı öz işini vaşa vurub.
Təşkilatdan Ovqat.com-a verilən məlumata görə, online formatda keçirilən toplantıda çətin pandemiya şərtlərinə baxmayaraq, yüksək iştrakçılıq qeydə alınıb - ÜY-da 52 (və 47) nəfər koalisiya üzvü təmsil olunub.
“Bu fakt, vətəndaş cəmiyyətinin bu gün də ölkədə təbii sərvətlərin istismarı və ondan əldə edilən gəlirlər üzərində ciddi ictimai nəzarətin formalaşması işinə böyük marağının olmasını bir daha ortaya qoymuş oldu.
ÜY-da öncə gündəlik səsə qoyulub təsdiqləndi. Sonra Koalisiya Şurasının və Monitorinq Qrupunun hesabatları dinlənildi. Uzun müzakirələrdən sonra Şuranın hesabat dövründəki fəaliyyəti qənaətbəxş, Monitorinq Qrupunun fəaliyyəti isə qeyri-qənaətbəxş qiymətləndirildi. Bundan əlavə Koalisiyanın 2021-2025-ci illər üçün Strateji Fəaliyyət Planı əsasında hazırlanmış Koalisiyanın 2021-ci üçün Strateji Fəaliyyət Planı (Proqram sənədi) müzakirələrdən sonra səs çoxluğu ilə qəbul olundu. ÜY həmçinin, “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təbii sərvətlərin qanusuz istismar edilməsi ilə bağli Mövqe Sənədi”ni (sənədin mətni ilə bu linkdə tanış ola biərsiniz:
https://www.facebook.com/eitiazerbaijan1/posts/662607341075237), “XXI Ümumi Yığıncağın Bəyannəməsi”ni, (sənədin mətni ilə bu linkdə tanış ola biərsiniz: https://www.facebook.com/eitiazerbaijan1/posts/768715520464418) “MSŞA Koalisiyasının Şura üzvü O. Gülalıyevin sağlıq və sosial durumu ilə bağlı Bəyanat”ı da (sənədin mətni ilə bu linkdə tanış ola biərsiniz: https://www.facebook.com/eitiazerbaijan1/?ref=page_internal) müzakirələrdən sonra, səslənən təklifləri də nəzərə alıb təkmilləşdirmək şərtiylə böyük səs çoxluğu ilə qəbul etdi.
Gündəlikdəki növbəti məsələ - Koalisiya Əsasnaməsinə əlavə və dəyişiklilər üzrə təkliflər iştirakşıların aktivliyi və qızğın müzakirələrlə müşahidə olundu. Hər bir təklif ayrı-ayrılıqda səsə qoyuldu və hamısı böyük səs çoxluğu ilə qəbul edildi. Sonda MSŞA Koalisiyasının 11 nəfərdən ibarət Şurasına və 5 nəfərdən ibarət Monitorinq Qrupuna seçkilər keçirildi. Şuraya 13 nəfərin namizədliyi hər biri ayrı-ayrılıqda səsə qoyuldu və ən çox səs toplayan 11 nəfər - Aslan Vəliyev, Cəmil Hacıyev, Emil Məmmədli, Əziz Orucov, Fuad Həsənov, Həqiqət Məmmədli, Himayət Rizvanqızı, İlham Hüseynli, Jalə Cəfərova, Pərvanə Talıbova, Sadiq Həsənov növbəti iki il müddətinə Koalisiya Şurasına üzv seçildilər. Monitorinq Qrupuna 5 nəfərin namizədliyi olduğuna görə tərkib səsə qoyuldu və səs çoxluğu ilə Asif Yusifli, Səməd Hətəmov, Şövqiyyə Rəhimova, Elşən Əlisoy və Nüşabə Mehtiyeva Koalisiyanın Monitorinq Qrupuna üzv seçildilər” – məlumatda belə deyilir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar