Xəbər lenti

“Müharibə başlayandan bəri Odessaya və ya Odessadan ticari gəmilərin əhəmiyyətli fəaliyyəti olmayıb. Rusiyanın əsas Qara dəniz limanlarının sonradan dəniz blokadası alması kommersiya gəmiçilik sənayesini ərazidə fəaliyyət göstərməkdən çəkindirib”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Ukraynanın qurudan ixrac mexanizmlərinin Rusiyanın blokadası nəticəsində yaranan gəmiçilik qabiliyyəti çatışmazlığını əvəz etmək ehtimalı çox azdır. Sonucda Ukrayna taxıl ehtiyatlarının əhəmiyyətli hissəsi ixrac oluna bilmir və saxlancda qalır.

Mübarizə artıq qlobal taxıl qiymətlərinə dolayı təzyiq göstərib. Rusiyanın dəniz blokadası təhlükəsi kommersiya gəmilərinin Ukrayna limanlarına girişini əngəlləməkdə davam etsə də, nəticədə tədarük çatışmazlığı bir çox əsas məhsulların qiymətini daha da artıracaq”, - məlumatda qeyd olunub.



Ana səhifəyə qayıt        Baxış: 2 784          Tarix: 25-05-2022, 11:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma