Xəbər lenti

Avropa İttifaqında mavi yanacağa tələbat 13% və ya 55 milyard kubmetr azalıb.

Məlumata görə, belə bir həcmlə təxminən 40 milyon evi qızdırmaq mümkündür.

Bildirilir ki, ən çox tələbat Şimali və Şimal-Qərbi Avropa ölkələrində azalıb. Beynəlxalq Enerji Agentliyinin (IEA) ekspertləri avropalıların Rusiyadan gələn qazsız qışı necə keçirdiklərini müəyyən ediblər.

Analitiklər qeyd edirlər ki, tələbin rekord dərəcədə azalması ilə belə, Aİ-nin bu növ yanacağın idxalına xərcləri rekord olaraq qalır.

Ümumilikdə, Aİ bu məqsədlər üçün təxminən 400 milyard dollar xərcləyib ki, bunun da 24%-i Rusiya tərəfinin payına düşüb.

Qeyd olunub ki, Finlandiya təbii qaza olan tələbatı ən çox, yəni 47%, Niderland 22%, Almaniya 15%, İtaliya və Fransanın hər biri 10%, İspaniya isə 4% azaldıb.

Həmçinin, bərpa olunan enerji mənbələri hesabına 11 milyard kubmetr qaza qənaət edilib.//Oxu.az




Ana səhifəyə qayıt        Baxış: 3 606          Tarix: 22-03-2023, 11:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma