Xəbər lenti

Türkiyə Rusiya və Azərbaycandan təbii qaz almağa davam edəcək. Ancaq bu, 99 faiz deyil, 75 faiz həcmində olacaq.

Axar.az xəbər verir ki, bunu türkiyəli tanınmış jurnalist Fulya Öztürk Qara dənizdən çıxarılan təbii qazın əhaliyə güzəştlə verilməsi barədə danışarkən deyib.

"Deyəsən, Qara dənizdən daha yaxşı xəbərlər gələcək. Aralıq dənizində də bir gözlənti var. Amma Qara dənizlə bağlı böyük gözləntilər mövcuddur. Gəmilər fəaliyyətini davam etdirəcək. Xüsusilə Şərqi Qara dəniz və Qərbi Qara dəniz bölgəsindən yeni xoş xəbərlərin gələcəyi bildirilir.

Dünən energetika nazirimizlə görüşəndə dedi ki, idxalın faizi azalacaq. Biz ildə orta hesabla 55 milyard kubmetr təbii qazdan istifadə edirik. Qara dəniz həqiqətən potensiala malik regiondur", - Öztürk söyləyib.

O, Trabzon və Rizədə də neft ehtimalına xüsusi diqqət yetirildiyini vurğulayıb:

"Mərkəzi Qara dəniz bölgəsindən də bir gözləntimiz var. Burada bütün işçilərin gözü və qulağı Şərq, Qərb və Orta Qara dəniz bölgəsindədir.

Qeyd edək ki, bir ay boyunca Türkiyə üzrə yaşayış evlərində istifadə edilən təbii qaz tam ödənişsiz olacaq. Bir il ərzində isə mətbəxdə və isti su üçün istifadə edilən qazın hər ay 25 kub metri ödənişsiz olacaq.




Ana səhifəyə qayıt        Baxış: 4 459          Tarix: 22-04-2023, 15:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma