İnflyasiya bizim əsas hədəflərimizdən biridir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
O, inflyasiyanın proqnozdan yüksək olacağı barədə iddialara aydınlıq gətirib.
"Ötən dəfə inflyasiya ilə bağlı fikirlər səsləndirilib. Burada bildirildi ki, inflyasiya proqnozdan daha yüksək olacaq. Amma mən yenə deyirəm ki, buna az inanıram. Mərkəzi Bank inflyasiyanı 8,3% olaraq bildirib. İki qurumun inflyasiya proqnozları arasındakı fərq normaldır. İqtisadiyyat Nazirliyinin verdiyi proqnozlar orta illik inflyasiyanın göstəricisidir. Mərkəzi Bank isə illik inflyasiya proqnozları verir. Bu isə keçən ilin istehlak səbəti ilə bu ilin istehlak səbətinin müqayisəsidir. Bu aydan AMB həm inflyasiya proqnozları verəcək, həm də iqtisadiyyatımızın digər sahələrinə dair proqnozlar açıqlayacaq. ÜDM, qeyri-neft ÜDM-i və digər makroiqtisadi göstəricilərə dair aktiv proqnozlaşdırma olacaq. Bunu ildə dörd dəfə, yəni rüblük olaraq edəcəyik. Bu, beynəlxalq praktikadır", -deyə baş bankir vurğulayıb.
Paylaş: