Xəbər lenti

ABŞ-ın neft ehtiyatları iyulun 22-dən 28-nə qədərki həftə ərzində 1,78 mln. barel artıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Amerika Neft İnstitutunun (API) hesabatında bildirilir. 

Hesabata əsasən, həftə ərzində ABŞ-ın benzin ehtiyatları 4,83 mln. barel azalıb. Analitiklər isə azalmanın 1 mln. barel olacağını ehtimal edirdilər. 

Qeyd edək ki, API göstəricisi ABŞ Energetika Nazirliyi yanında Energetika İnformasiyaları Agentliyinin (EİA) bu gün Bakı vaxtı ilə saat 18:30-da açıqlayacağı rəsmi neft ehtiyatları göstəricisinin ilkin siqnalı kimi qəbul olunur. Analitiklər ABŞ-da neft ehtiyatlarının 3 mln. barel azalaraq 480 mln. barelə enəcəyini proqnozlaşdırırlar. Neft ehtiyatlarında azalma dünya bazarında "qara qızıl"ın qiymətinin artmasına gətirib çıxara bilər.

"Report"un analitik qrupu bildirir ki, əmtəə birjalarında "Brent" markalı neftin qiyməti ehtiyatların artması xəbəri ilə ucuzlaşmağa başlayıb. Ötən gün hər barelinin qiyməti 52 dolları ötən neft hazırda 51 dollardan bir qədər baha satılır. Qiymətlətin ilin sonuna qədər 40-55 dollar/barel diapazonunda dəyişəcəyi ehtimal edilir. 




Ana səhifəyə qayıt        Baxış: 893          Tarix: 2-08-2017, 11:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma