Xəbər lenti
 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycanın inzibati rayonlar üzrə 2017-ci ilin investisiya reytinqini açıqlayıb.
Ovqat.com Fins.az-a istinadən xəbər verir ki, reytinq cədvəlində ən yüksək hədd Bakı şəhəri üzrə müəyyən olunub – 0,785%.

2017-ci il üzrə rayonların investisiya reytinqinə görə, ilk onluqda Naxçıvan, Mingəçevir, Sumqayıt, Şirvan, Gəncə və Naftalan şəhərləri yer alıb. Bundan başqa, “Top-10”-luqda Abşeron, İmişli və Culfa rayonları da qərarlaşıb.
İnvestisiya reytinqi haqqında tədqiqatlar respublikanın əsas şəhər və rayonlarında aparılıb. Bu araşdırmalar ölkənin əsas 62 şəhər və rayonlarının regional investisiya reytinqlərinə təsir edən amilləri əhatə edib.
Bu araşdırmaların başlıca səbəbləri ixtisaslaşmış sahələrin identifikasiyası, nəticələrin təhlili, rəqabət qabiliyyətliyinin artırılması və regionlara investisiyanın cəlb olunmasıdır. Bir neçə regiondakı cüzi durğunluq və geriləmə nəzərə alınmasa, ölkənin bir çox sektorlarında müsbət dəyişikliklər müşahidə olunub. Ətraflı cədvəldə tanış ola bilərsiniz.
Reytinqin tərtib edilməsinin əsas məqsədləri iqtisadi rayonların xüsusi iqtisadi konyunkturunu və ümumi inkişaf səviyyəsini nəzərə alaraq ixtisaslaşma sahələrinin müəyyən edilməsi, regionların iqtisadi fəaliyyət nəticələri və rəqabət qabiliyyətli sahələrinin müəyyən edilməsi və zaman sırası və sahələrarası təhlilinin aparılması, regionların rəqabət qabiliyyətinin artırılması, investisiyaların cəlb edilməsidir.
Reytinqin tərtib edilməsi zamanı qabaqcıl beynəlxalq təcrübə öyrənilib. Həmçinin Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış Dünya Rəqabətlilik İndeksinə oxşar yanaşma tətbiq edilib. Analoji yanaşma Avropa İttifaqının Regionların Rəqabətlilik İndeksinin tərtibi zamanı da istifadə olunub.


  
  

 




Ana səhifəyə qayıt        Baxış: 1 174          Tarix: 19-04-2017, 18:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma