Xəbər lenti
Fransada prezident seçkilərinin birinci turunun nəticələri açıqlandıqdan sonra avronun ABŞ dollarına nisbətən məzənnəsi 5 aylıq maksimumu yeniləyib.
Ovqat.com "Interfax" agentliyinə istinadən xəbər verir ki, ötən ticarət sessiyasını 1,0728 dollar səviyyəsində başa vuran Avrozonanın vahid valyutası bu gün 1,0862 dollaradək bahalaşıb. Bugünkü ticarət sessiyasında avronun məzənnəsi hətta 1,0901 dollaradək bahalaşıb ki, bu da ötən ilin noyabr ayından etibarən ən yüksək göstəricidir.
Avronun Yaponiya yeninə qarşı məzənnəsi hazırda 119,65 yen səviyyəsində ticarət olunur. Bundan öncəki sessiyada bu göstərici 117,04 yen təşkil edib.
Qeyd edək ki, "İraəli" hərəkatının lideri Emmanuel Makron Fransada keçirilən prezident seçkilərində 23,75% yığaraq ikinci tura adlayıb. Ultrasağçı Marin Le Pen 21,53% səs toplayaraq E.Makronla birgə ikinci tura keçməyi bacarıb. 
Birjalar Le Penlə yanaşı ikinci tura solçu namizəd Jan-Lük Melanşonun keçəcəyindən ehtiyat edirdi. Belə ki, hər iki namizəd Fransanın Avropa İttifaqından çıxmasının tərəfdarıdır.
Hazırda prezidentliyə əsas namizəd E.Makrondur.
Seçkilərin ikinci turu mayın 7-də baş tutacaq.
"ABŞ-da keçirilən prezident seçkilərində və Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması ilə bağlı keçirilən referendumdan fərqli olaraq, Fransadakı seçkilərə dair sorğuların nəticələri özünü doğrultdu. Beləliklə, dünya rahat nəfəs ala bildi və avronun, o cümlədən bütün riskli aktivlərin kəskin bahalaşmasının səbəbi də məhz budur. Buna baxmayaraq, avronun məzənnəsinin dinamikası o qədər də ümidverici deyil, uzunmüddətli perspektivdə problemlər var", - deyə "Saxo Bank" baş valyuta analitiki Con Hardi bildirib.
 




Ana səhifəyə qayıt        Baxış: 868          Tarix: 24-04-2017, 17:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma