Xəbər lenti

 Bu razılaşma Qafqaza stabillik elementləri gətirdiyi üçün “Əsrin müqaviləsi” adlandırılıb.

Bu sözləri Axar.az-a açıqlamasında gürcü ekspert Gele Vasadze söyləyib.

“Nə qədər çox beynəlxalq oyunçu Azərbaycanda maraqlı olsa, təhlükəsizliyinizin də səviyyəsi bir o qədər çox olacaq. Bu layihədə Gürcüstan üçün ən vacib olan məsələ budur. Bu müqavilənin Rusiyanın Qafqazdakı maraqlarına tam uyğun gəldiyini söyləmək çətindir, amma bir şeyi anlamaq lazımdır ki, “Əsrin müqaviləsi” Gürcüstan və Azərbaycanın ümumi təhlükəsizliyinin vacib elementidir”, – deyə o bildirib.

Qeyd edək ki, dünən “Azəri”, “Çıraq”, “Günəşli” neft yataqlarının işlənməsi müqaviləsinin müddətinin 2050-ci ilə qədər uzadılması barədə razılaşma imzalanıb.




Ana səhifəyə qayıt        Baxış: 980          Tarix: 16-09-2017, 09:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma