Xəbər lenti

 

Daşkəsəndə qətl hadisəsi baş verib. Kişi həyat yoldaşını boğaraq öldürüb. Hadisəni törədən şəxs könüllü olaraq polisə təslim olub.

Ovqat.com Xezerxeber.az-a istinadən bildirir ki, hadisə Daşkəsən rayonunun Bayan kəndində baş verib. Kənd sakini, 33 yaşlı Ramil Həsənov qisqanclıq zəminində həyat yoldaşı, 27 yaşlı Könül Əzizovanı boğaraq öldürüb.

Qadının əmisi Zizami Əzizovun sözlərinə görə, ailə Bakı şəhərində yaşayıb. Ötən gün isə onlar Könül Əzizovanın əmisi nəvəsinin toy şənliyində iştirak ediblər. Kənddə qaynanasıgildə qalan Ramil Həsənov səhər saatlarında yoldaşını boğaraq öldürüb.

Ailənin 8 yaşlı bir övladı var.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.




Ana səhifəyə qayıt        Baxış: 695          Tarix: 14-09-2017, 23:25      


Paylaş: