Xəbər lenti
Dünən, 23:51
Dünən, 21:20
Dünən, 20:37
Dünən, 19:42
Dünən, 18:57
Dünən, 16:45
Dünən, 14:37
Dünən, 14:00
Dünən, 12:37
Dünən, 10:23
Dünən, 09:44
3-10-2024, 22:46
3-10-2024, 21:50
3-10-2024, 20:54
3-10-2024, 19:28
3-10-2024, 18:53
3-10-2024, 17:10
3-10-2024, 15:27
3-10-2024, 14:30
3-10-2024, 13:56
“Qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir”.
Müddəanın məzmunu sahibkarın sərəncamçısı olduğu hesablardan pul vəsaitlərinin nağdlaşdırılmasının məhdudlaşdırılması kimi təfsir edilə bilməz.
Məcəllənin digər maddəsi - 220.12. maddəyə əsasən: “Hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır”.
Məzmunu: vergi ödəyicilərinin sərəncamçısı olduğu hesablardan pul vəsaitlərini nağdlaşdırmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş veri ödəyəcəkləri təsbit edilmişdir. Lakin Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı bankların öz müştərilərinə ay ərzində 15 min və ya 30 min manat nağdlaşdırma limiti qoyur. Bunun isə əslində heç bir hüquqi əsası yoxdur. Vergi ödəyicisi onsuz da öz hesabından çıxaracağı pul vəsaitlərinə görə əlavə olaraq 1 faiz sadələşdirilmiş vergi ödəməli olur. Nağdlaşdırma əməliyyatı vergiyə cəlb olunduğu üçün vergi tutulan əməliyyat kimi xarakterizə olunur.
Lakin müddəanın “malı , işi , xidməti təqdim edən vergi ödəyicisinə” kimi təsbit edilmiş məzmununda pul vəsaitlərini nağdlaşdıran vergi ödəyicisi nəzərdə tutulmur. Yəni belə əməliyyat maddənin məqsədləri üçün müzakirə predmeti deyil. Ümumiyyətlə, vergi tətbiq olunan əməliyyatların subyektinin hesablarına bu şəkildə müddətli həbsin qoyulması hüquqa ziddir.
Pul vəsaitləri sahibkarın aktivlərindəndir. Aktivlərin yaranma mənbəyi öhdəliklərin də yaranma mənbəyi ola bilir. Məsələn, işi , xidməti, malı təqdim etməli olan şəxsin hesabına pul vəsaitinin daxil olması həm aktivin artması, həm də öhdəliyin artmasına səbəb olur. Oxşar hallar “bitməmiş istehsal” kimi də xarakterizə edilir. Əgər aktiv və öhdəliklərin uçotu aparılırsa və bu əməliyyatlar sənədləşdirilirsə belə, məhdudiyyətlərin yaradılması yalnız sahibkarları ölkədən qaçmağa məcbur edə bilər.
Dünyanın ən bahalı bank xidmətləri bizim ölkədədir. Sahibkar öz pulunu şəxsi məqsədləri üçün nağdlaşdıra bilmirsə, onun hesabı həbs olunmuş kimi qiymətləndirilir. Üstəlik, bu, paralel olaraq vergi borclarının kameral qaydada hesablanmış vergi məbləğlərinin qanunsuz hesablanmış hissəsinin belə, maneəsiz tutulmasına şərait yaradacaq və böyük narazılıqlara yol açacaq. Sahibkarlar isə qeyri-ixtiyari olaraq daha azad sahibkarlıq mühiti olan ölkələrə üz tutacaqlar. Prinsipcə, bu, artıq baş verir. Hesab edirəm ki, dövlət belə məhdudiyyətləri tezliklə aradan qaldırmalıdır.
Digər müzakirə subyekti Vergi Məcəlləsinin 58.8.2. maddəsində malların alışını və ya mədaxilini təsdiq edən 58.8-ci maddədə nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda, alıcıya təqvim ili ərzində bu cür hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyasının tətbiqinin məqsədi və şəffaflığın yaradılması ilə bağlıdır.
Bu necə olmalıdır və nə etmək lazımdır?
Verg ödəyicisi olan sahibkar əvvəlcə aldığı mallara görə heç bir sənəd almamışdırsa, bu o demək deyil ki, sahibliyində olan malların sənədləşdirilməsi mümkün deyil. Bu məsələ Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 16. 07. 2013 tarixdə Q-17 saylı Qərar-ı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları” əsasında tənzimlənməlidir. Sahibkar buna ixtisaslaşdırılmış quruma - Azərbaycan Respublikası Auditorlar Palatasına müraciət etməklə inventarizasiyanın aparılmasına, aktiv və öhdəliklərin faktiki vəziyyətinin müəyyən edilməsinə, müvafiq hesablarda əks olunmasına nail ola bilərlər.
Gəlin, fikrimizi daha aydın şəkildə izah etməyə çalışaq:
Hər bir vicdanlı auditor iltizamnamə imzalandıqdan sonra inventarizasiya hərəkətləri zamanı (ola bilər yaradılmış komissiya üzvləri tərəfindən) uçotda olmayan aktivlərin və öhdəliklərin inventarizasiyasını müvafiq aktla sənədləşdirməlidir. Bundan sonra inventarizasiya hərəkətlərini icra edən auditor (komissiya) uçotda olmayan aktiv və öhdəlikləri bütün xarakteristikası göstərilməklə, bazar qiymətlərinə uyğun qiymətləndirərək, uçot kitablarına daxil etməli ( yoxdursa yaradılmalı) və mühasibat uçotu subyektinin balansına daxil olunması üçün auditor tərəfindən yazılı tövsiyyələr edilməlidir.
Sahibkarlıq subyektində sadələşdirilmiş uçotun qurulması qaydaları əsas götürülməklə auditor rəyi almış şəxs nəticələri vergi hesabatlarına dəqiqləşdirilmiş hesabat verməklə daxil edilir. Bu iş sahibkarın razılığına əsasən, bilavasitə auditor tərəfindən həyata keçirilə bilər. Vicdanlı auditor rəyi almış sahibkar təsərrüfat fəaliyyəti barədə məlumatları tam şəkildə vergi bazasında əks etdirdikdən sonra yaranma ardıcıllığı üzrə iqtisadi hadisələrin nəticələri sənədləşdirilmiş məlumatlar əsasında davam etdirilməlidir. Yəni vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlər (əmlakın uçot kartları, aktivlərin uçot kitabları) işlənməli və müvafiq hesablarda əksini tapmalıdır. Bu zaman vergi ödəyicisinin uçot məlumatları sağlamlaşdırılmış olur. Vergidən yayınma riskləri isə demək olar ki, tamamilə aradan qaldırılır.
Bəs, fors major halları necə yaranır?
Sahibkar müəyyən səbəblərdən fəaliyyətini müvəqqəti dayandıra və ya birdəfəlik ləğv edə bilər. Bu zaman sahibkarın sənədləşdirilmiş məlumatlar əsasında elektron bazasında (hesabatlarında) əksini tapmış mal qalığı və öhdəlikləri olur. Ona görə də vergi ödəyicisinin sahibliyində qalan aktiv və öhdəliklərin hərəkəti və nəticəsi üzrə məsuliyyət tamalanmamış sayılır. Sahibkar bütün öhdəliklərdən azad olması üçün sahib olduğu malları gələcək dövrün öhdəliklərilə birgə başqa bir şəxsə aldığı qiymətə təqdim edə, eyni zamanda sata, saxlaya bilər, sıradan çıxmış, vaxtı bitmiş, istehlak üçün yararsız mallar isə ixtisaslaşdırılmış qurumun və yaradılmış komissiyanın iştirakı ilə müvafiq qaydada sənədləşdirildikdən sonra ləğv edilə bilər və .s. Bütün bunlar şəffalığın təmin edilməsi, sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərən sahibkarların isə bu günə qədər rastlaşmadığı prosedurlardır.
Qeyd etmək yerinə düşərdi ki, aktiv və öhdəliklərə aid uçot məlumatlarının dürüstləşdirilməsi üçün Vergilər Nazirliyi VM-in 58.8. maddəsinin tələblərini, həmçinin yuxarıda sözügedən şəffaflığın təmin edilməsi məqsədilə VM-in 218.1.2. maddəsi ilə müəyyən edilmiş ( 6 və 8 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyiciləri) vergi ödəyicilərinin rüblük sadələşdirilmiş hesabatlarına əlavələr ( məsələn: əlavə 1) tətbiq etməlidir ki, malların alışı, aktivlər, öhdəliklər, kapital və ehtiyyatlar , həmçinin müvafiq dövr ərzində baş vermiş bütün iqtisadi hadisələrin nəticələri üzrə məlumatların uyğunluğu təmin olunsun.
Əslində isə şəffaflığı təmin etmək mümkündürsə, nağd pul vəsaitlərinin ölkə ərazisində maneəsiz hərəkətini məhdudlaşdırmağa heç bir lüzum qalmır. Doğrudur, külli miqdarda pul vəsaitlərinin ölkə hüdudlarından kənara çıxarılması, pulun dövriyyədən kənarlaşdırılması ( yığılması) təqdir olunan hadisə deyil. Məlumdur ki, pulun hərəkətsiz qalması iqtisadi cəhətdən əlverişsizdir. Pul dövriyyədən yayındırılırsa, deməli, sağlam mühit yoxdur. Heç kəs iqtisadi mühitə etibar etmir və investisiya yatırımları üçün risklər çox böyükdür.
Bir tərəfdən isə ölkə daxilində nağd pulun dövriyyəsini məhdudlaşdırmaq bu riskləri daha da artırır. Bunun anlaşılması isə pul mülkiyyəti üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılmasıdır. Öz pul vəsaitlərini nağdalaşdırdığına görə vergi ödəyən sahibkarların belə, ödənişi etdikdən sonra da məhdudiyyətlərlə qarşılaşması, cərimələnəcəkləri kimi süni tədbirlər onları aktiv iqtisadi fəaliyyətdən çəkindirəcək. Nəticədə isə iqtisadiyyatın sıradan çıxması şərtləndiriləcək.
Əgər biz ölkəni vahid pul kisəsi kimi təsvir etsək, bunu daha çılpaq şəkildə görə bilərik.
İqtisadi aktivliyi artırmaq üçün əsas məsələ pul kütləsinin yerinin düzgün müəyyəndirilməsidir. Əgər biz inzibati yollarla, cərimə və maliyyə sanksiyaları ilə fəaliyyətdə olan pulu passivləşdiririksə, deməli, aktiv pulun yeri dəyişir. Pul kisədə qalsa da, məhsul yaranmır. İstehsal dayanır. Məsələn; sahibkar külli miqdarda cərimə ödədiyi halda, aktiv pul kütləsi ( hansı ki, səmərə yaradırdı) dövriyyədən kənarlaşaraq, büdcəyə yönəlir. O zaman həmin pul passivləşir, gəlir yarada bilmir. Bu da milli məhsulun yaranmasına maneəsiz ötüşmür.
Məhz, bu səbəbdən rüşvət və korrupsiya halları ölkə iqtisadiyyatını kökündən məhv edir. Ona görə də rüşvət və korrupsiya dövlətə qarşı ən ağır cinayətdir. Bu zaman istehsalda iştirak etməyən hər hansı bürokratik ünsür pulu aktiv dövriyyədən kənarlaşdırır, istehsalı məhv edir. Məsələ ondadır ki, pul əgər həqiqi sərvət yaratmırsa, əksinə, acgözcəsinə mənimsənilirsə, deməli pul sərvəti təyinatı üzrə öz rolunu oynaya bilmir. Axı pul özü-özlüyündə insanların ehtiyacını ödəmir. Belə vəziyyət cəmiyyətdə gördüyümüz mənəvi xəstəliyin yaranmasına səbəb olur. Fərdi maraqlar ümumxalq maraqlarını kölgədə qoyur. Dövlət həm iqtisadi, həm də ideoloji cəhətdən sarsılır. İnsanlar dövlətə inanmır. Çünki hüquq normaları da pul ehtirasına davam gətirmir. Qanunlara tabesizlik və dövlətə xəyanət baş verir.
Ona görə də ölkə iqtisadiyyatının düzgün idarə olunması dövlət üçün ən əsas hədəflərdən biri olmalıdır. Təkzib etsək də, cəmiyyətin bütün sahələrində insan əməyinin nəticələri iqtisadi xarakter (əhəmiyyət) daşıyır. Ona görə də xüsusi ehtiraslı insanlar dövlətə qulluq etməməli, bizneslə məşğul olmalıdırlar ki, dövlətə ziyan vurmasınlar. Bu prosses təbii seçim şəklində baş verməlidir. Rüşvət üçün şərait yoxdursa, ehtiraslı insan mütləq öz işini tərk etməli olacaqlar.
İqtisadi inkişaf üçün əsas hədəf - pulun aktiv dövriyyəsini məhdudlaşdıran korrupsiya ilə həqiqi mübarizə və passiv yüklü pul kütləsinin aktiv pula çevrilməsini təmin etməkdir. Əgər inzibatçılıq sərtləşdirilərsə, korrupsiya və rüşvət səbəbindən aktiv dövriyyədən pul kənarlaşdırılarsa, iqtisadi fəallıq da azaldacaq, vergiödəmə qabiliyyəti isə kəskin aşağı düşəcək. Ona görə də şəffaflığın artırılması ilə yanaşı maksimum azad şəraitin yaradılması vacibdir. Buna öz avtomobilləri ilə ölkəmizə gələn turistlərdən depozitin tələb olunmasını misal çəkmək olar. Depozit səbəbindən həmin turistlərin sayının kəsin azalması üzündən milyonlarla ölçülən pul kütləsinin ölkəyə daxil olmasının qarşısı alınır.
Deməli, işıq gələn bütün yolları özümüz bağlayırıq. Biz ixracı müvəqqəti olaraq vergidən tamamilə azad etməklə stimullaşdırmalı olduğumuz zamanda, ölkə daxilində pulun sərbəst yerdəyişməsini məhdudlaşdırırıq. Bu kimi problemlər öz həllini tapmayacadığı təqdirdə, iqtisadiyyatımızdakı geriləmə qarşısıalınmaz olacaq. Heç bir strateji yol xəritəsi bizə yardım edə bilməyəcək.
Elçin Qurbanov
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Video
Ən çox oxunanlar