Xəbər lenti

 

Fevral ayında ABŞ Federal Ehtiyat Sisteminin (FED) yeni rəhbəri olacaq Cerom Pauel (Jerome Powell) Senatın Bank Komitəsinin qarşısında dünənki çıxışında FED-in cari kursunu davam etdirəcəyini bildirib. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, Pauel çıxışında maraqlı məqamlara toxunub.
Belə ki, Senatdakı çıxışı zamanı gələcək FED rəhbəri uçot dərəcəsinin hazırkı aşağı səviyyədə qalmasını imkansız olduğunu bildirib. Pauel faizlərin addım-addım artırılmaqla bərabər, yaxın 3-4 ildə FED-in balansının da azaldılacağını qeyd edib.
Pauel bununla yanaşı, ABŞ iqtisadiyyatının bu il və 2018-ci ildə 2,5% artacağını proqnozlaşdırdığını vurğulayıb. Həmçinin, Pauel FED-in kriptovalyutaları yaxından izlədiyini bildirib. Dekabr ayında uçot dərəcəsinin 0,25 faiz bəndi artırılmasının doğru qərar olduğunu açıqlayıb.
Pauel yığımı olan insanların gələcəkdə yüksək faiz imkanlarından faydalanacağını da deyib. Həmçinin, Pauel Volker (Volcker) qanununun dəyişdirilməsi ideyasını dəstəklədiyini açıqlayıb. Qeyd edək ki, Volker qanunu ABŞ banklarına öz vəsaitləri və ya kapitalları ilə qiymətli kağızlar bazarında alqı-satqını məhdudlaşdırmaqla, bankların riskinin azaldılması məqsədi daşıyır.




Ana səhifəyə qayıt        Baxış: 876          Tarix: 29-11-2017, 14:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma