Rusiya özünün S-500 havadan müdafiə sistemini uğurla sınaqdan çıxarıb və yaxın günlərdə onların kütləvi istehsalına başlayacaq.
Ovqat.com xəbər verir ki, bu məlumatı ABŞ kəşfiyyatı yayıb.
Amerika mediasına danışan bir ABŞ kəşfiyyat rəsmisi Rusiya Prezidenti Vladimir Putinin S-500 hava müdafiə sistemlərinin yaxın zamanda kütləvi istehsalına başlayacağını bildirməsindən qısa bir müddət sonra kəşfiyyat hesabatlarında həmin silahın artıq sınaqdan keçirildiyi xəbəri yer alıb.
Adının açıqlanmasını istəməyən ABŞ kəşfiyyat rəsmisi 600 kilometr mənzilə sahib olan S-500 raket sisteminin 481 kilometr məsafədə hava obyektini uğurla vurduğunu ifadə edərək, bunu "dünyanın yeni rekordu" kimi səciyyələndirib.
Rus və sovet silah sistemlərinin son texnologiya məhsulu olan S-500 raket sistemlərinin mənzili 600 kilometrdir. Hazırda mövcud olan S-400 400 kilometrlik mənzilə hesablanıb və Amerika silahları arasındakı bənzəri olan Terminal Yüksək Sahələri Müdafiə Raket Sistemi (THAAD) isə yalnız 200 kilometr mənzilə çata bilir.
ABŞ kəşfiyyatının bildirdiyinə görə, S-500-lərin test edilən variantı aşağı və hipersonik sürətə malik ballistik raket və Erkən Xəbərdarlıq Nəzarət Sisteminə malik (AWACS) təyyarələr kimi hədəflərə kilidlənmək qabiliyyətinə sahibdir və həmin silahların reaktiv təyyarələrinə qarşı versiyasının da üzərində çalışılır.
Ovqat.com
Paylaş: