Xəbər lenti
Bu gün, 17:54
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
Ayaz Mütəllibov xalqa və iqtidar funksionerlərinə müraciət etdi...
Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov 4 iyun hadisələrinin 25-ci ildönümü ilə bağlı Moderator.az-a müsahibə verib.
Müsahibədə eks-prezident o dövrdə qarşıdurmaya səbəb olmuş səhvlərin təkrarlanmaması çağırışı ilə xalqa və siyasətçilərə müraciət edib.
“Ermənilərin Azərbaycana qalib gələrək Qarabağı işğal etmələrinin əsas səbəbi daxili çəkişmələr oldu…”
- Ayaz müəllim, 25 il öncə Azərbaycanda baş vermiş 4 iyun olayları zamanı siz Moskvada yaşayırdınız. Vətəndən uzaq olsanız da, yəqin ki, ölkənin müstəqillik qazandığı ilk illərində birinci prezidenti olmuş siyasi xadim kimi kimi baş verənlər sizdə də dərin narahatlıq doğurub. Həmin günlər Gəncədə və Bakıda baş verənlər haqda hansı informasiyaları almışdınız?
- Həmin vaxt mən Moskvada mühacirətdə yaşadığıma qörə təbii ki, Vətəndə baş verən proseslərdən bir o qədər də məlumatlı deyildim. İndiki kimi informasiya bolluğu yox idi. Lakin bütün bunlara baxmayaraq hadisədən xəbər tutan kimi, çox narahat oldum. Ölkəmizdə vətəndaşı müharibəsi başlamişdı, özü də elə bir şəraitdəki alçaq, mənfur düşmənlərimiz bundan xaincəsinə istifadə edə bilərdilər və etdilər də! 20% -dən çox torpaqlarımız məhz həmin vətəndaş müharibəsinin nəticəsində itirildi! Bunu ermənilərin siyasətçiləri indi də qeyd edirlər ki, 1992-93 illərdə azərbaycanlılara qalib gəlmələrinin başlıca səbəbi hakimiyyət üstündə daxili çəkişmələr oldu! İndi illər keçəndən sonra gün kimi aydındır ki, bu hakimiyyət davasını Azərbaycanda hansı qüvvələr aparırdı və bu hakimiyyət hərisliyinin xalqımızın başına açdığı bəlalar göz qabağındadır. 4-5 iyun hadisələri həmin bəlaların bir hissəsidir desək, yanılmarıq, o vaxt həmin vətəndaş müharibəsini Rusiyanın bəzi politoloqları XX əsrin əvvəllərində bolşeviklərlə ağqvardiyaçılar arasında baş vermiş dəhşətli qırğınlara bənzədirdilər. Axı nə baş vermişdi və nəyi bölə bilmirdilər ki, bu qədər cavan igid oğullarımız həyatını itirdi! Hər iki tərəfdə üz-üzə duran bizim övladlarımız idi, onlar elə belə oğullar deyildi, cəbhə görmüş və yaxud da cəbhədə torpağımızı xain qonşulardan qoruya biləcək əsgər və zabitlər idi. Amma əvəzində hansısa hakimiyyət hərislərinin qurbanına çevrildilər! Neçə-neçə ana–bacıların gözü yaşlı qaldı. Allah hamısına rəhmət eləsin! Heç bir kreslo,vəzifə insan həyatı ilə müqayisə oluna bilməz. Bu, mənim həyat prinsipimdir, bax, buna qörə mən 1992-ci il mart ayında qan tökülməsinin, qardaş qırğının qarşısını almaq üçün öz haqqımdan keçərək istefa verdim. Hərə bu istefanı bir cür qəbul edir, amma zaman göstərdi ki, mən haqlı idim. 1992-cı ilin martında hakimiyyətə can atan qüvvələr mənim addımıma görə qan tökə bilməsələr də, 1993-cı ilin iyun ayında ölkəni vətəndaş müharibəsi həddinə çatdırıb qan tökdülər.
Mən mart hadisələrində istefamdan qabaq xalqı, millət vəkilləri bu qüvvələrin nə törədə biləcəkləri, o cümlədən Ağdamın və digər rayonların başı üzərində olan təhlükə barədə xəbərdarlıq etmişdim. Əfsuslar olsun ki, bütün bunlar baş verdi! Xalqımız, Vətənimiz çox böyük sınaqlara, bəlalara məruz qaldı!
- O vaxt Bakıdan kimlərlə əlaqə saxladınız?
- Gəncə hadisələri barədə mən Moskvada KİV-lərdən xəbər tutdum. Bu faciənin səbəbkarlarının kim olması barədə mənim informasiyam yox idi. Mən demək olar ki, Azərbaycanın ictimai- siyasi həyatından təcrid vəziyyətdə yaşayırdım. Çünki o vaxt ki, AXC hakimiyyəti mənim üçün axtarış əmrini vermişdi. Bakı ilə əlaqələrim çox məhdud idi...
- Dövlətin belə hadisələrdən uzaq olması üçün rəhbərlik hansı tədbirləri görməlidir?
- Bilirsiniz, iqtidarla xalqın münasibəti valideyn və övladının münasibətinə bənzəyir hardasa. Çox vaxt valideyn əziyyəti öz üzərinə götürərək bütün bəlalara qatlaşmalı olur. Mənim iqtidarım dövründə yuxarıda qeyd etdiyim kimi, vətəndaş müharibəsinin astanasında olmağımiza baxmayaraq vəzifədən istefa verməyimlə bunun qarşısı alindı. Halbuki, o vaxtı başqa variantlarıda nəzərdən keçirdənlər var idi. İstefa mənim şəxsi qərarım idi. Bütün məsuliyyəti özüm dərk edərək bu addımı atdım. Bu, mənim fikrimcə yeganə variant idi, çünki bütün digər- qarşıdurmadan yayınmaq təkliflərinə o vaxt ki, AXC müxalifəti zor tətbiq edəcəkləri və lazım gələrsə, cəbhə bölgəsindən onlara tabe silahlı birləşmələri Bakıya gətirəcəklərini bildirirdilər. Bu isə yeni Xocalı, Ağdam facilərinə yol aça bilərdi. Mən buna yol verə bilməzdim. Yaranmış vəziyyətdə yeganə həll yolu istefa idi. Çünki nə xalqın, nə də onun prezidentinin fikirləşmək vaxtı yox idi. Məhz xalqın və iqtidarın birliyi xarici təcavüzkarların qarşısını kəsə bilərdi, təəssüflər olsun ki, buna imkan verilmədi!
Yeri gəlmişkən, bu problem bu gündə öz aktuallığını itirməyib. Bu mənada xalqımıza öz ürək sözlərimi demək istəyirəm. Ölkəmiz ətrafında baş verən təhlükəli proseslərin, geo-siyasi dəyişikliklərin fonunda yaxın keçmişimizdə buraxdığımız səhvləri təkrarlamamağımız şərtdir. Əks halda suverenliyimiz, ərazi bütövliyimiz real təhlükə ilə üzləşə bilər.
Son zamanlar müsəlman dünyasında baş verən faciəli hadisələrin bəzi qüvvələr tərəfindən ölkəmizə inteqrasiya olunması təhlükəsi müşahidə olunmaqdadır. Bu işdə xarici havadarların köməyi ilə hərəkətə keçmək istəyən daxildəki satqın qüvvələrin xalqı provakasiyalara çəkmək, regional və dini zəmində ayrı-seçkilik salmaq, o cümlədən xalqla iqtidar arasında uçurum yaratmaq niyyətləri məlumdur. Bu məsələdə vacib aspekt, geniş xalq təbəqələrinin muasir zamanda, populizm doğru sözdən, həqiqəti yalandan, siyasətbazlıqdan ayirmaq qabiliyyətinə yiyələnməsidir. Paralel olaraq iqtidar funksionerləri öz növbəsində xalqı maarifləndirmək istiqamətində çalışmalı, dövlətin siyasətini geniş xalq kütlələrinə çatdırmalı, qiciqlandırıcı narazılıq yaradan bəyanatlar verməkdən çəkinməlidirlər! Yaranmış vəziyyət hər bir vətəndaşı məcbur edir ki, qarşısinda duran vəzifəsini icra etməkdən ötrü öz məsuliyyətini dərk etsin. Belə bir şəraitdə siyasi oriyentasiyasından asılı olmayaraq hər bir şəxsin borcu, Vətənimiz üçün taleyüklü məsələrdə bütün şəxsi maraqları kənara qoyaraq dövlət və onun başçısının ətrafında sıx birləşməkdir! Adı qəhrəmanlıq nümunəsinə çevrilmiş xalqlar məhz bu birliyin nəticəsində əlçatmaz qələbələrə imza atmışlar!
Müsahibəni apardı: Sultan Laçın
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar