Xəbər lenti

 

ABŞ-ın təzyiqləri nəticəsində Cənubi Koreyanın İrandan neft idxalını İyul ayında tamamilə dayandıracağı bildirilib.

"Reuters" Xəbər Agentliyinin yaydığı xəbərə görə, İrandan neft idxalı həyata keçirən şirkətlərlə əlaqəli mənbələr, Cənubi Koreyanın İyuldan etibarən İrandan neft idxalını dayandıracağını açıqlayıblar.

Mənbə, "İrandan neft alışlarının dayandırılması üçün Cənubi Koreya hökumətinin şirkətlərə təzyiqi vardı. Cənubi Koreya, İyuldan etibarən İrandan neft idxal etməyəcək",- deyib.

Asiyalı digər bir mənbə isə Yaponiya şirkətlərinin İrandan neft idxalını sentyabr ayına qədər davam etdirməyi planlaşdırdıqlarını bildirib.

ABŞ nüvə müqaviləsindən çıxmasından sonra İrana sanksiyaları işə salacağını açıqlayıb və müttəfiqlərindən İran ilə olan neft ticarətlərini noyabr ayınadək dayandırmalarını istəmişdi.

Cənubi Koreya, Çin və Yaponiya İrandan yüksək miqdarda neft idxal edən ölkələrdir.




Ana səhifəyə qayıt        Baxış: 619          Tarix: 7-07-2018, 08:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma