Xəbər lenti

  

Sakit okean Tərəfdaşlığı ölkələrinin ticarət nazirləri ABŞ-sız yollarına davam etməyə qərar verdilər.

Ovqat.com xəbər verir ki, məlumatı Yeni Zelandiya Ticarət naziri Todd Mak Kley yayıb.

O, ABŞ-ın Sakit okean Tərəfdaşlığından ayrılmasından sonra birliyin digər 11 üzvünün Ticarət nazirlərinin toplanaraq bu razılığa gəldiklərini açıqlayıb və qapılarının digər ölkələrə, o cümlədən ABŞ-a da açıq olduğunu bildirib.

Sakit okean Tərəfdaşlığı Təşkilatı Yaponiya, ABŞ, Avstraliya, Bruney, Kanada, Çili, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, Sinqapur və Vietnam tərəfindən 2016-cı ilin fevralında imzalanan TPP müqaviləsilə qurulub və aralarında sərbəst ticarəti asanlaşdırmaq məqsədi daşıyır.

ABŞ bu ilin yanvar ayında prezident Donald Trampın imzaladığı qərarnaməylə ittifaqdan ayrılmışdı.




Ana səhifəyə qayıt        Baxış: 1 272          Tarix: 21-05-2017, 15:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma