Xəbər lenti

 “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi mayın 6-da yarışın yayım hüququna dair əlavə müqavilələr imzalayıb.

 Əməliyyat Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bununla da IV İslam Həmrəyliyi Oyunlarının dörd qitəni əhatə edən 58 ölkədə yayımlanması təmin olunacaq. Asiya-Sakit Okean Ölkələri Yayım Birliyi (ABU) ilə əldə olunan razılaşma İran, Banqladeş, Pakistan, İndoneziya, Malayziya, Əfqanıstan, Maldiv adaları və Bruney tamaşaçılarına IV İslam Həmrəyliyi Oyunlarını izləmək imkanı verəcək.

 “Bakı-2017”, həmçinin Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan və Özbəkistanda da yayımlanacaq.

 “Radio Televizionit Shqiptar” (RTSH) şirkəti ilə imzalanan müqavilə Albaniya tamaşaçılarına Oyunları izləmək imkanı verəcək.

  Müqavilələr bundan əvvəl Yaxın Şərq və Şimali Afrika, Böyük Səhradan cənubda yerləşən Afrika ölkələri, Türkiyə, Karib adaları və Oyunlara ev sahibliyi edən Azərbaycan ərazisində “Bakı-2017”ni yayımlamaq barədə Ərəb Dövlətlərinin Yayım Birliyi (ASBU), TV Media Sport (TVMS), TRT, Milli Rabitə Şəbəkəsi (NCN), ATV və AzTV ilə artıq mövcud olan müqavilələrin fonunda yer alır.




Ana səhifəyə qayıt        Baxış: 1 002          Tarix: 6-05-2017, 20:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma