Xəbər lenti

 

Bu gün Kənd Təsərrüfatı günüdür. Prezident İlham Əliyev 9 oktyabr 2008-ci il tarixli sərəncamına əsasən, noyabrın 1-i Azərbaycanda "Kənd Təsərrüfatı İşçiləri Günü" elan edilib. 

Hər il qeyd olunan bu bayramın xüsusilə bizim ölkəmiz üçün böyük əhəmiyyəti var. Azərbaycan öz iqtisadi göstəricilərinə görə, neft sənayesi ilə yanaşı, aqrar xarakterilə seçilən ölkədir. Tarixən ölkəmizin bərəkətli torpaqları, iqlim müxtəlifliyi, yetişdirdiyi məhsulların keyfiyyəti qürur qaynağımız olub. İstər 200 ildən çox əsarətində qaldığımız Rusiyada, istərsə də ondan əvvəl tərkib hissəsi olduğumuz İranda Azərbaycan meyvələri, kənd təsərrüfatı məhsulları adla tanınıb, böyük iştahla yeyilib. Məlumatlara görə, vaxtilə İran şahları öz sürfələrini Azərbaycanda yetişdirilən meyvələrlə bəzəyirdilər. Rusiya da bizim narımıza, üzümümüzə, ən müxtəlif meyvələrimizə tamarzılılıqlarını gizlətməyiblər. Allahın millətimizə bəxş etdiyi bəlkə də ən böyük zənginlikdir bu – şah süfrələrinə layiq təamlar və onları yetişdirən xoş qoxulu topraq. Çünki neft, qaz kimi yeraltı sərvətlərimiz bəlkə də yaxın illər ərzində tükənəcək, yerüstü sərvətimiz olan bərəkətli torpaqlarımız isə qiyamətə qədər bizə vətənlik edəcək.

Bu gün də iqtisadiyyatımızın ən mühüm sahəsini kənd təsərrüfatı sektoru tutur. Əhalimizin 40%-ə qədəri kəndlərdə yaşayır, aqrar təsərrüfatlarla özlərini dolandırırlar. Deməli, bugünkü bayram yalnız mənim kimi aqrar sektorla uğraşan iş adamlarının deyil, həm də milyonlarla azərbaycanlının bayramıdır. Əlləri torpaqda qabaran və bərkiyən, təbiətin qoynunda yaşayaraq sağlam həyat sürən, səmiyyət və paklıq mücəssiməsi olan kəndlilərimizi, aqrar sektora rəhbərlik edən qurumlarımızı bu bayram münasibətilə təbrik edir, hər birinə möhkəm can sağlığı və böyük uğurlar arzulayıram.

Bu təbrikdən, təbii ki, daha böyük pay Kənd Təsərrüfatı Nazirliyi kollektinə düşür. Çünki məhz onların sayəsində son zamanlar aqrar sahədə ciddi inkişaf görülməkdədir. Bunun başlıca səbəbi isə Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyinin işə ciddi yanaşması və böyük quruculuq fəaliyyətində cənab Prezidentimizin qarşıya qoyduğu hədəfləri bacarıqla həyata keçirməsidir. Məhz bu kollektivin sayəsində bir zamanlar tamamilə yaddan çıxarılan aqrar sektor getdikcə inkişaf edir və ölkə iqtisadiyyatında öz layiqli yerini tutur. Təsadüfi deyil ki, haqqında bəhs etdiyimiz nazirliyin çalışmaları nəticəsində bu gün ÜDM-nun formalaşmasında ikinci yeri məhz kənd təsərrüfatı sektoru tutur və əhalinin məşğulluğunda aqrar sahənin rolu daha da atır.

Əlbəttə ki, kənd təsərrüfatı sektorunun bu son bir neçə ay ərzində qazandığı uğur təsadüfən başa gəlməyib. “ASAN Xidmət”-də ciddi uğurlara imza atan və ciddi təcrübələr qazanan İnam Kərimovun bu uğurda böyük rolu var. Onun işgüzarlığı aqrar sektorun inkişafına öz töhfələrini verib və bu töhfələr respublika rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib.

Cənab prezidentimiz İlham Əliyevin bir neçə gün əvvəl - oktyabrın 28-də “Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılışı zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirdiyi fikirlər də İnam Kərimova verilən qiymətin ifadəsidir. Görüşdə bu ilin son 9 ayında kənd təsərrüfatının inkişafından danışan ölkə başçısı deyib: “Bu addımlar göstəricilərdə də özünü büruzə verir. Bu ilin doqquz ayında kənd təsərrüfatında 4,3 faiz artım var. Kənd təsərrüfatının bütün istiqamətləri üzrə planlı şəkildə iş aparılır və beləliklə, ənənəvi kənd təsərrüfatı sahələri – pambıqçılıq, üzümçülük, tütünçülük, fındıqçılıq, baramaçılıq, tərəvəzçilik və digər sahələr bərpa edilir. Biz elə etməliyik ki, Azərbaycan bütün ərzaq məhsulları ilə öz tələbatını özü ödəsin. Biz bu hədəfə yaxınlaşırıq".

Aqrar sektorun inkişafında nəzərə çarpan artımlar mənim kimi bütün fermerləri sevindirir və daha ciddi çalışmalara təşviq edir. Xüsusilə fermer təsərrüfatlarına ayrılan azfaizli kreditlər aqrar sektorun inkişafını sürətləndirir. Və bu addımlar da artıq ilk meyvələrini verir. Biz məhz bu çalışmalar sayəsində bir çox aqrar sahələrdə idxalatçı dövlətdən ixracatçı dövlətə çevrilişik və bu da kənd təsərrüfatına göstərilən diqqətin nəticəsidir.

Öz prinsipial fəaliyyəti üçün Kənd Təsərrüfatı Nazirliyinin bütün kollektivinə, o cümlədən İnam Kərimova öz minnətdarlığımı bildirir və peşə bayramları münasibətilə bu uğura imza atanları təbrik edirəm”.




Ana səhifəyə qayıt        Baxış: 823          Tarix: 1-11-2018, 15:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma